Rusiyanın məsuliyyəti və öhdəliyi xatırladılmasa, Azərbaycan və region üçün aviasiya təhlükəsizliyi risk altına düşər
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Anar İsayev danışıb. Politoloq qeyd edib ki, hadisə baş verən gündən bu günə qədər cənab Prezident bütün rəsmi görüşlərdə, beynəlxalq tədbirlərdə AZAL-a məxsus təyyarə qəzasını beynəlxalq ictimayətin diqqətinə çatdıraraq Rusiyanın məsuliyyət daşıdığını qeyd edib, lakin hələ də Rusiya tərəfindən gözlənilən addım atılmayıb.
“Azərbaycanın bundan sonra atacağı mümkün addımlardan biri hadisəni beynəlxalq hüquqi müstəviyə çıxarması olmalıdır. Yəni Azərbaycan ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı), beynəlxalq aviasiya təhlükəsizliyi mexanizmləri, zərurət yaranarsa beynəlxalq arbitraj və ya məhkəmə instansiyaları vasitəsilə məsələni institusional müstəviyə daşımalıdır. Bu, məsələni ikitərəfli münasibətlər çərçivəsindən çıxarıb qlobal hüquq predmetinə çevirər. Həmçinin siyasi-diplomatik təzyiqi artırmalıdır. Rusiya ilə yüksək səviyyəli görüşlərdə məsələ ardıcıl və açıq gündəmdə saxlanılmalı, “unutma” və “zamanla yumşaltma” taktikasına imkan verilməməlidir. Burada məqsəd konfrontasiya yox, məsuliyyətdən yayınmanın qarşısını almaqdır. Hadisə beynəlxalq mediada və ekspert platformalarında sistemli şəkildə xatırladılmalıdır. Məsələ emosional yox, faktlara əsaslanan hüquqi arqumentlərlə təqdim olunmalıdır”-deyən Anar İsayev bildirib ki, bu, Rusiyanın “sükut strategiyasını” səmərəsiz edir.
Politoloq hesab edir ki, əgər bu kimi hadisələr cavabsız qalarsa, gələcəkdə presedentə çevrilə bilər, Azərbaycan və region üçün aviasiya təhlükəsizliyi risk altına düşər, beynəlxalq hüquqda təhlükəli bir “cəzasızlıq presedenti” yaranar.
Anar İsayevin fikrincə, bu mərhələdə Azərbaycanın mövqeyi emosional yox, soyuqqanlı və qətiyyətli olmalıdır: “Məsələ nə Rusiyaya qarşı kampaniya, nə də münasibətləri pozmaq cəhdidir — bu, insan həyatına görə dövlət məsuliyyətinin tanınması tələbidir”.
P.S. Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya səmasında vurularaq qəzaya uğradı. Aradan bir il keçməsinə baxmayaraq, Rusiya hələ də səbəbkarları hüquqi müstəvidə cəzalandırmayıb.
İradə Cəlil,Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Dekabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















