Icma.az
close
up
RU
Rusiyanın sağlam düşüncədən uzaq mövqeyi: Moskva reallıqla barışmalıdır

Rusiyanın sağlam düşüncədən uzaq mövqeyi: Moskva reallıqla barışmalıdır

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan bəzi gərginliklər fonunda Rusiya tərəfinin müxtəlif müstəvilərdə Azərbaycana qarşı qərəzli və təxribat xarakterli addımlar, eləcə də bu ölkənin ərazisində ölkəmiz əleyhinə baş verən aksiyalar təəssüf doğurur. Regionda sabitlik və əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edən münasibətlərin sağlam əsaslar üzərində inkişafı Bakı üçün strateji prioritet olsa da, Moskva bunun əksini nümayiş etdirir. Təbii ki, bu münasibətlərə xələl gətirən, manipulyativ yanaşmaların sərgilənməsi, xüsusən də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinin təhrif olunaraq təqdim edilməsi, ikitərəfli əlaqələrə xələl gətirir.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib ki, son günlər Rusiya-Azərbaycan münasibətlərində gərginliyin müəyyən mənada azalacağı proqnozlaşdırıldığı bir situasiyada bu ölkədə Azərbaycan əleyhinə aksiyalar təcrübəsinə baş vurulması Moskvanın hələ də qeydi-sağlam düşüncənin əsiri olaraq qaldığını göstərir:

"Rusiyada Azərbaycan Ukraynaya dəstək verməkdə qınanılır və bu tezis əvvəlki ənənəvi qeyri-konstruktiv yanaşmanın gücləndirilməsi amili kimi istifadə edilir".

"Lakin kimsə, o cümlədən Rusiya tərəfi unutmamalıdır ki, biz hər hansı münaqişə tərəfini yox, beynəlxalq hüququn aliliyini dəstəkləyirik. Azərbaycan dəfələrlə dövlətlərin sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinin pozulmasının yolverilməzliyini bəyan edib və münaqişə başladığı andan da məhz bu prizmadan Ukraynaya ölkənin ərazi bütövlüyünün toxunulmaz olduğunu bəyan etmişik. Azərbaycan özü 30 il işğal və təcavüzə məruz qalmış, yalnız öz gücü hesabına beynəlxalq hüququn aliliyini təmin edən subyekt olaraq təcavüzkarlığa hər hansı formada haqq qazandıra bilməz. Bu mənada, cari mövqenin qəsdən fərqli formada təqdim edilərək Bakıya qarşı təxribatlara rəvac verilməsi başa düşülən deyil", - deyə millət vəkili söyləyib.

O əlavə edib ki, Azərbaycan Rusiya ilə mövcud olan münasibətlərə regionun sabitliyi və inkişafı üçün mühüm amil kimi yanaşır və Moskva nəhayət bunu başa düşməlidir:

"Sirr deyil ki, siyasi və iqtisadi müstəqilliyi, o cümlədən milli iradə tərəfindən idarə olunması Azərbaycan Respublikasına bütün bu reallıqları sağlam formada dəyərləndirməyə imkan verir. Ötən dövrün təcrübəsinə əsaslansaq, Azərbaycan hər zaman beynəlxalq problemlərin həllini güclü olmaqda və eyni zamanda əməkdaşlıq və dialoq mühitinə inamında görüb. Təsadüfi deyil ki, dövlətimiz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi altı konstitusion niyyətindən biri kimi müəyyən edib.

Eyni zamanda, bizim milli maraqların Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət olmaqla bərabər, həm də hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərini ehtiva etməsi, başqa dövlətlərlə münasibətlərini məhz bu prinsiplər əsasında qurması, ölkəmizin başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd etməsi, beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi kimi hədəflərimizin səmimiliyə şübhə yaratmır".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Avqust 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri