Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Rusiyanın siyasi əsəb oyunu: Moskva Bakı yumşalana qədər etiraf etməyəcək

Rusiyanın siyasi əsəb oyunu: Moskva Bakı yumşalana qədər etiraf etməyəcək

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır. İlkin hesabatdan aydın olur ki, Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin təyyarəsi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. Hesabatda qeyd edilir ki, təyyarənin füzelyajında, xüsusilə arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sol qanadda və sol mühərrikdə çoxsaylı dəlib keçən və kor zədələr aşkarlanıb. Bu zədələrin kənar obyektlərin təsiri nəticəsində yarandığı müəyyən edilib. Quşlarla toqquşma və ya oksigen balonunun partlaması ilə bağlı hər hansı sübut tapılmayıb. Təyyarədən çıxarılan və ona məxsus olmayan kənar obyektlərin fraqmentləri də hesabatda yer alıb. Rusiya tərəfi, xüsusilə Rosaviasia, bu qəzanın məsuliyyətini rədd edərək, məsələni ört-basdır etməyə çalışır və günahı təyyarə heyətinin üzərinə atır. Rusiya mətbuatı da bu yanaşmanı dəstəkləyir. Bu taktika 2014-cü ildə Ukraynada vurulan Malaysia Airlines təyyarəsi ilə bağlı Rusiyanın tutduğu mövqeyə bənzədilir. Həmin hadisədə təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbas bölgəsində, Rusiyaya aid silahla vurulduğu sübut edilsə də, Moskva məsuliyyəti qəbul etməmişdi. Azərbaycan tərəfi isə iddia edir ki, təyyarə Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədən atəşə tutulub. Azərbaycan hökuməti, təyyarənin Rusiyanın Pantsir-S hava hücumundan müdafiə sistemi ilə vurulduğunu bildirib. Təyyarədən çıxarılan raket fraqmentləri beynəlxalq ekspertiza nəticəsində təsdiqlənib və Azərbaycan tərəfi bu sübutları beynəlxalq məhkəməyə təqdim etməyə hazırlaşır. 


Ağ Partiya sədri Tural Abbaslı “Sherg.az”a vurğulayıb ki, Rusiyanın təyyarə qəzasını törətdiyini etiraf etmək  istəməməsinin bir neçə səbəbi mövcuddur:


“Birincisi Rusiyanın beynəlxalq imici var. Rusiya Ukraynada apardığı savaş nəticəsində müəyyən qədər imicini zədələyib. Ona görə də indi öz hava məkanında mülki təyyarələri vuran ölkə olaraq tanınmaq istəmir. Belə olan halda heç bir ölkənin şirkəti Rusiyanın hava məkanında uçmaq istəməyəcək. Onsuz da embarqolar nəticəsində Rusiyanın hava məkanında bəzi şirkətlər uçmaqda tərəddüd edirlər. İkincisi Rusiya Azərbaycanın tələblərini icra edərək daxildə siyasi rəqabətdə uduzmaq istəmir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Rusiya qarşısında üç tələb qoyub; üzr istənilsin, təzminat ödənilsin və günahkarlar cəzalandırılsın. Ola bilsin ki, Kreml həmin günahkarları qorumağa çalışır. Lakin Rusiyanın təzminata görə sözügedən məsələdə dirənc göstərəcəyinə inanmıram. Təyyarənin qəzalı vəziyyətə düşdükdən sonra Xəzər dənizini üstünə yönləndirilməsi Rusiyanın izi itirmək məqsədi güddüyünü göstərir”. 

T.Abbaslı bildirib ki, ilkin və illik hesabat mövcuddur:

“Beynəlxalq hüquq normalarına görə ilkin hesabat bir ay, yekun hesabat isə bir il ərzində verilməlidir. Rusiya düşünür ki, bir il ərzində müxtəlif siyasi, iqtisadi və digər basqılarla Azərbaycanın mövqeyini yumşaldaraq rəsmi Bakının tələblərini icra etmək məcburiyyətində qalmaz. Rusiyanın etdiyi eyni zamanda siyasi əsəb oyunu sayıla bilər. Azərbaycanın isə prinsipial mövqeyi yerində qalmalıdır. Rusiya bundan sonra geri addım atmağa məcbur ola bilər. İndiki məqamda qəza nəticəsində və hansısa hərbiçilərin səhlənkarlığına görə Rusiyanın  Azərbaycanla münasibətləri korlaması məntiqli olmazdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Fevral 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri