Icma.az
close
up
RU
Rusiyanın təhdid ritorikası: Proseslər nə qədər davam edəcək? DETALLAR

Rusiyanın təhdid ritorikası: Proseslər nə qədər davam edəcək? DETALLAR

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Avqustun 8-də Vaşinqtonda keçirilən görüş və ondan sonrakı nəticələr regional geosiyasi vəziyyəti yenidən gündəmə gətirib.

Rusiya bu proseslərə qarşı öz mövqeyini sərt şəkildə ifadə edir və müxtəlif təzyiq vasitələrindən istifadə etməyə çalışır.

İqtisadi və informasiya sahəsində artan təzyiqlər Azərbaycan üçün ciddi çağırışlar yaradır.

Bəs bu gərginliklər bölgənin gələcək təhlükəsizliyinə necə təsir göstərə bilər?

Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Vaşinqton görüşü ərəfəsində və görüşdən sonra əldə olunan nəticələr Rusiyanı qane edə bilməzdi.

Onun sözlərinə görə, Rusiyanın müxtəlif təxribatlara əl atacağı əvvəlcədən gözlənilirdi:

“Görüş ərəfəsində də bir sıra neft borularının keçdiyi kompressorların Ukrayna ərazisində, Odessada vurulması və digər məsələlər bir daha göstərdi ki, Rusiya bu görüşün təməlinə qarşıdır və Azərbaycanın cənab Prezident İlham Əliyev başda olmaqla, apardığı müstəqil daxili və xarici siyasəti bəyənmir, hətta deyərdim, həzm edə bilmir. Regionda dəyişən geosiyasi balans fonunda Rusiyanın təsir imkanlarını itirməsi və hegemonluq siyasətindən əl çəkmək istəməməsi birbaşa bu proseslərlə bağlıdır.

Təbliğatın ardınca Rusiya Dövlət Dumasından da Bakıya qarşı müxtəlif hədələr, təhdidlər gəlməkdədir. Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyovun bəyanatı da bu təbliğatın bariz nümunəsi və davamıdır. Qurulyovun bəyanatı Rus təbliğatçılarının, yəni Slavyov, Badalyakov və digərlərinin mütəmadi olaraq aqressiv bəyanatlarına uyğundur və həm informasiya, həm də siyasi-iqtisadi baxımdan Azərbaycana təzyiqlərini artırmaq meylini əks etdirir.

Təhlükənin əsas istiqamətləri Azərbaycana iqtisadi təhdidlər, Azərbaycan mallarının ixracına qadağa qoyulması, Rusiyadakı biznes fəaliyyəti ilə məşğul olan Azərbaycanlara təzyiqlərin artırılması və iqtisadi rıçaqlardan istifadə etmək niyyətidir. Digər məsələ hərbi-siyasi subyektdir; yəni gərginlik və hərbi əməliyyat ifadəsini işlədirlər. Burada da Rusiyanın sərhədində istənilən hissəsində mümkün təhdidlər edə biləcəyi vurğulanır”.

Komitə sədri vurğulayıb ki, vəziyyət Ukrayna ssenarisi ilə əlaqələndirilir və onunla eyniləşdirilir:

“Şərhlər Moskva tərəfindən Bakıya qarşı atılan ritorik fonda baş verir ki, Qarabağ, enerji marşrutları, Azərbaycanın Qərb və Türkiyə ilə artan əməkdaşlığı, ABŞ-də keçirilən son görüşlər, Donald Trumpın Azərbaycan və onun rəhbərliyi haqqında dediyi müsbət fikirlər buna daxildir. Əgər təhlil etsək, iqtisadi təzyiqlə nəyə nail ola bilərlər? Azərbaycan mallarının bəzi kateqoriyalarında, məsələn, tərəvəz, meyvə, spirtli içkilər və alkoqollu içkilərdə müvəqqəti məhdudiyyət və ya qadağa tətbiq oluna bilər.

Rusiya Federasiyasında Azərbaycan sahibkarlarına qarşı onsuz da yoxlamalar aparılır, daima da davam edir və inzibati təzyiqlər artıra bilərlər. Logistik daşımaları çətinləşdirə, gömrük prosedurlarını gecikdirə, nəqliyyat kvotalarını verməyə bilər. Biz daimi buna hazırıq və bilirik ki, Rusiya mütəmadi olaraq bu addımları atır.

Bir sıra məhdudiyyətlər qoyula bilər, bu, Rusiya istehlakçılarına da təsir edəcək, tərəvəz və meyvələrin bahalaşmasına səbəb ola bilər. Moskva inandırıcı görünmür ki, tam qadağaya keçsin.

Çünki bu məqsədli hərəkətdir və bunun sonu yoxdur. İkinci məsələ informasiya və təbliğat kampaniyasıdır. Burada isə Rusiyanın KİV-ləri və teleqram kanallarının aktivləşməsi, özlərinin 5-ci kolonunu istifadə edərək müəyyən yazıların verilməsi, milli azlıqlar, miqrasiya siyasəti və Cənubi Qafqazda Rusiyanın maraqlarına təhdidlər mövzusunda müxtəlif addımların atılması nəzərdə tutulur.

Ritorika əsasən ondan ibarətdir ki, Qərb xəttinə bağlanan, Türkiyə, NATO və Avropa Birliyi ilə yaxınlaşan Azərbaycan ordusunun müvafiq standartlara uyğun formalaşdırılmasıdır. Məqsəd Rusiya daxilində ictimai rəy yaratmaq, iqtisadi və siyasi addımlar üçün zəmin hazırlamaqdır. Bu isə bizim tərəfimizdən ciddi təhlil olunur və məlumdur ki, Azərbaycan buna hazırdır.

Qurulyov təhdidin hərbi-siyasi istiqamətini qabardır, yəni hərbi təzyiqi. Məlumdur ki, onlar ancaq Ermənistanda və sərhəddə Rusiyanın hərbi mövcudluğunu gücləndirə bilərlər. Özlərinin 102 saylı bazasını gücləndirə, sərhəddə Avropa İttifaqının kəşfiyyat qüvvələri ilə birlikdə qoşunlarını gətirə, Azərbaycan ərazisinə yaxın ərazilərdə hərbi təlimlər keçirə, MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı platformasından istifadə edə bilərlər.

Lakin bu gün Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqazda təkrarlanması mümkün deyil. Çünki bu, Cənubi Qafqazın tamamilə itirilməsinə səbəb ola bilər. Bu riski nəzərə alaraq hesab edirəm ki, Rusiya birbaşa hərbi qarşıdurmaya getməyəcək.

Bəs onda bir generalın çıxışı nə ilə bağlıdır? Deputat niyə belə addımlar atır? Ömrü boyu “biz qalibik”, “biz belə edə bilərik” prinsiplərindən çıxış edən generallar və deputatlar Sovet dönəmi və digər vaxtlardakı ordunu təsəvvür edir. Amma bu gün hibrit müharibə apara bilən, koordinasiyalı şəkildə məlumat toplayan dövlət qurumları, xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları və Rəşadətli Azərbaycan ordusu var. 44 günlük müharibədə göstərdik ki, apardığımız müharibə sistemi və taktika bir çox hərbi məktəblərdə dərs kimi istifadə edilə bilər”.

Deputat hesab edir ki, onların bəyanatları yalnız fikirlərində qalacaq və proseslər 3-4 ay ərzində davam edəcək:

“Avqustun 15-də ABŞ Prezidenti Donald Trump ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşdən sonra onların ritorikası hansı istiqamətdə olacaq, hərbi və siyasi şantaj, güc nümayişi, müttəfiqlərin fəallaşması və digər addımlar nələr olacaq, bunu görəcəyik.

Bir daha qeyd edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət Rusiya və digər bəzi dövlətlər tərəfindən qəbul edilmir və qəbul edilə də bilməz. Çünki ölkə diktəsiz, vasitəçi olmadan müstəqil siyasət aparır, məqsəd isə dövlətin suverenliyi, ərazi bütövlüyü və hər bir vətəndaşın rifahını təmin etməkdir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Avqust 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri