Icma.az
close
up
RU
Rusiyanın təyyarələri vurub məsuliyyətdən yayınmaq təcrübəsi: Azərbaycan bu qarşıdurmanın qalibidir

Rusiyanın təyyarələri vurub məsuliyyətdən yayınmaq təcrübəsi: Azərbaycan bu qarşıdurmanın qalibidir

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Rusiyanın hələ sovet dövründən bu günə qədər mülki təyyarələri vurmaq və sonradan bu hadisələrdə məsuliyyətdən yayınmaq kimi bir təcrübəsi var".

Bu sözləri Oxu.Az-a açıqlamasında Topçubaşov Mərkəzinin direktoru, siyasi analitik Rusif Hüseynov deyib.

O bildirib ki, 1980-ci illərdə Koreya Hava Yollarına məxsus sərnişin təyyarəsinin, 2014-cü ildə isə Malayziya Hava Yollarına məxsus təyyarənin vurulması buna nümunədir:

"Onda da eyni davranış nümayiş etdirildi. Azərbaycanla bağlı vəziyyətdə də Rusiyadan fərqli bir münasibət gözləmək çətin idi. Baxmayaraq ki, kifayət qədər əsaslı sübutlar mövcud idi, amma qeyd etdiyim kimi, Rusiya, adətən, belə hallarda məsuliyyəti öz üzərindən atır".

"Bundan əlavə, Rusiya İstintaq Komitəsinin yazılı şəkildə təqdim etdiyi bu məktub Vladimir Putinin Azərbaycan Prezidenti ilə görüşdə dediyi fikirlərlə ziddiyyət təşkil edir. Çünki Putin faktiki olaraq Azərbaycan təyyarəsinin Rusiya ərazisində hava hücumundan müdafiə (HHM) sisteminin işə düşməsi nəticəsində zədə aldığını etiraf etmişdi. Belə olan halda, İstintaq Komitəsinin qərarının siyasi olduğu açıq aşkar görünür. Rusiya tərəfi məhz Azərbaycanla münasibətlərin kəskinləşdiyi fonda belə bir addım atır".

"Burada, sözsüz ki, başqa amillər də tapmaq olar. Məsələn, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi birbaşa Rusiyanın maraqlarına ziddir. Ümumiyyətlə, Azərbaycanın apardığı müstəqil xarici siyasət həm Qafqaz regionunun, həm də Mərkəzi Asiyanın geosiyasi landşaftını dəyişir, bəzi hallarda ya birbaşa, ya da dolayısı ilə Rusiyanın maraqlarına zərbə vurur. Belə olan halda Kremlin Azərbaycana münasibəti bu cür reaksiya verməsinə səbəb olur", - analitik vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Rusiya tərəfinin hansı qərar qəbul etməsindən asılı olmayaraq, Azərbaycan bu qarşıdurmanın qalibidir:

"Ona görə ki, Moskvanın təzyiqlərinə qarşı gələrək, öz mövqeyindən heç bir halda kənara çəkilmədi. Rusiyaya qarşı tələblərdə Azərbaycan rəhbərliyi sona qədər eyni xətti qoruyub-saxladı. Ona görə də Rusiyanın formal olaraq məsuliyyəti üzərinə götürüb-götürməməsindən, kompensasiya ödəyib-ödəməməsindən asılı olmayaraq, Azərbaycan bu qarşıdurmadan üzüağ və qalib çıxdı".

Qeyd edək ki, internetdə Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış sənəd dolaşmaqdadır. Sənəddə qeyd olunur ki, AZAL təyyarəsi guya əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib və sonradan eniş zamanı yerə çırpılıb. Bu əsasla da cinayət işinə xitam verildiyi qeyd olunur. Təbii ki, bu cür ifadələr baş vermiş faciəyə görə məsuliyyətdən yayınmaq cəhdidir. Çünki qəzadan az sonra yayılan məlumatlarda AZAL təyyarəsinin "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qaldığı bildirilirdi. 2025-ci ilin son günlərində Qazaxıstan Nəqliyyat Nazirliyinin yaydığı istintaq məlumatlarına görə də "hava gəmisinə dəymiş zədələrin döyüş başlığının zərərverici elementləri tərəfindən yaradıldığı ehtimal edilir".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri