Rusiyanın Ukraynaya hücumu nəticəsində azı 4 nəfər ölüb, Odessada enerji təchizatı dayanıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Ötən gecə Rusiya Ukraynanın Çerniqov bölgəsində hərbi-texniki məqsədlər üçün istifadə olunan maşına zərbə endirib.
APA “UNIAN”a istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Yerli hərbi administrasiya rəhbəri Vyaçeslav Çausun bildirdiyinə görə, hadisə dron hücumu nəticəsində baş verib.
Daha bir hücumda isə bölgədə yerləşən zavodun ərazisindəki maşına zərbə endirilib.
Nəticədə iki nəfər ölüb, üç nəfər isə yaralanıb.
Ukraynalı rəsmisinin sözlərinə görə, Rusiya sözügedən bölgəyə gələn yardım briqadasına da hücum edib.
Rusiya ordusunun Odessaya endirdiyi zərbələr nəticəsində isə yarımstansiya və dəmir yolu qovşağı ərazisində 20-yə yaxın partlayış qeydə alınıb.
Yerli “Telegram” kanallarının məlumatına görə, şəhərdə elektrik və su təchizatı kəsilib, internet bağlantısında da problemlər var.


