Rusiyaya qarşı növbəti SANKSİYA PAKETİ Bu tarixdə qəbul ediləcək
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti sanksiya paketi hazırdır.
Sfera.az xəbər verir ki, həmin sanksiya paketi 2025-ci il fevralın 24-dək qəbul ediləcək. Bununla da Aİ-nin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiya paketlərinin sayı 16-ya çatacaq.
Yeni sanksiyalar Rusiya iqtisadiyyatının əvvəllər sanksiyalara məruz qalmayan və ya kifayət qədər əhatə olunmayan sektorlarına yönəldiləcək. Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti də Rusiyaya casusluqda şübhəli bilinən şəxslərə səyahət qadağası və aktivlərinin dondurulmasını planlaşdırır.
Yeni sanksiya paketində, həmçinin Rusiya qazı və LNG (maye qaz) idxalına qadağa qoyulmasını əks etdirən detallar olacaq. Əgər bu mümkün olmasa, Rusiya qazının istehlakının tədricən azaldılması variantları nəzərdən keçiriləcək.
Sənəddə limanlara giriş və digər dəniz xidmətlərindən istifadəyə məhdudiyyətlər də daxil olmaqla, Rusiyanın LNG nəqliyyat donanmasına ünvanlı sanksiyalar tətbiq edilməsi tövsiyə olunur.
Xatırladaq ki, Aİ 15-ci sanksiya paketini dekabrın ortalarında qəbul edib.
Vasif
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 23 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















