Ruslar Burak Yılmazın çamadanını niyə oğurlayıblar? Film kimi olay
Icma.az, Publika.az saytına istinadən bildirir.
Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmaz Moskva “Lokomotiv”inə keçidinin uğursuzluğu ilə bağlı maraqlı əhvalat danışıb.
Publika.az xəbər verir ki, tarixdəki faktlara nəzər salsaq, Yılmaz 2012-ci ildə “Loko” ilə müqavilə bağlaya bilərdi.
“Lui Vuitton” çamadanım hələ də Moskvada bir yerdədir. “Lokomotiv”lə müqavilə bağlamaq fikrində idim ki, Əbdürrəhim Albayrak (“Qalatasaray”ın idarə heyətinin üzvü) mənə zəng edib dedi: “Müqaviləni imzalama, sənin arxanca gəlirəm”.
“Loko”nun rəhbərləri mənim qaça biləcəyimi başa düşdükdə, bunu etməməyim üçün çamadanımı götürdülər. Onlara dedim ki, bir az gəzmək istəyirəm.
Pasportum və pulqabım yanımda idi, ona görə də Əbdürrəhim məni götürməyə gələndə getdik və “Qalatasaray”la müqavilə bağladım”, – Yılmazın sözlərini “3-4-3” sitat gətirib.
Burak Yılmaz Türkiyə millisində 77 oyun keçirib və 31 qola imza atıb. O, 2023-cü ildə karyerasını bitirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 01 Dekabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















