Ruslar Kurskda Ukrayna ordusunun maddi texniki təchizatını məhv etməyə başlayıb
Icma.az, Reyting.az-ə istinadən məlumat verir Ruslar Kurskda Ukrayna ordusunun maddi texniki təchizatını məhv etməyə başlayıb.
Rusiya ordusu Ukrayna Müdafiə Qüvvələrini Rusiya Federasiyasının Kursk vilayəti ərazisindən çıxarmaq cəhdlərini davam etdirir. Ruslar Sverdlikovonu tamamilə nəzarətə götürüb və Ukrayna Silahlı Qüvvələrinin Kursk qrupunun nəzarətindəki ərazinin qərb hissəsinə təzyiqlərini artırır.
Reyting.az xəbər verir ki, bu barədə “DeepState” layihəsi məlumat yayıb.
Bundan əlavə, ruslar fəal şəkildə Kursk vilayətində Ukrayna logistikasını məhv etməyə çalışırlar.
Qeyd olunur ki, düşmən Sumı vilayətində Kursk vilayətinə doğru hərəkət edən hər bir obyektə fəal şəkildə atəş zərbələri endirir. Ən təhlükəli hissə Pisarevka-Yunakovkadır.
“Düşmən üçün aşkar və artıq tanış olan bir məqsəd yaranır - logistika. Təəssüf ki, onlar atəşə nəzarət vasitəsilə bunda uğur əldə ediblər və qərb hissəsindən hərəkət edərək fiziki cəhətdən buna nail olmağa fəal şəkildə çalışırlar. Bu, artıq xoşagəlməz nəticələrlə özünü göstərir və gələcəkdə çox da yaxşı nəticələnməyə bilər”, - məlumatda deyilir.
Yeri gəlmişkən, “Le Monde” yazır ki, ABŞ-nın köməyi olmadan Ukrayna altı ay müharibəyə davam edəcək. Qeyd olunur ki, Amerika silahlarının tədarükü hələlik rəsmi olaraq ləğv edilməyib. Amma yardım dayandırılsa, Avropa onun yerini tuta bilməyəcək.
Eyni zamanda, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib ki, Ukraynaya sülhməramlıların göndərilməsi çətin ki, təhlükəsizliyin təminatı olsun. Onun sözlərinə görə, bu gün NATO-ya üzvlükdən başqa Ukraynanı müdafiə edəcək format yoxdur.
E. KAMAL

Kurskda Ukrayna raketi məhv edildi
19 Yanvar 2025 18:28
Ukrayna Kurskda bir gündə bu qədər itki verdi Ruslar açıqladı
19 Dekabr 2024 19:33
Ukrayna Kurskda hücuma keçdi
02 Dekabr 2024 22:08
Kurskda Ukrayna raketi vuruldu
10 Dekabr 2024 17:07
Ruslar Kurskda Fransanın zirehli transportyorunu məhv etdi
28 Noyabr 2024 10:59
