Icma.az
close
up
RU
Sadəcə seçilmiş bir neçə nəfər yox, bütün əlaçı və zərbəçilər təqaüd almalıdır Ekspertdən İRAD

Sadəcə seçilmiş bir neçə nəfər yox, bütün əlaçı və zərbəçilər təqaüd almalıdır Ekspertdən İRAD

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Təhsil sisteminin sosial ədalət üzərində qurulması və tələbələrin rifahına yönəlik addımlar hər bir ölkənin dövlət siyasətində prioritet sahə olmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda təhsil sahəsinə ayrılan maliyyə və inzibati resurslar ciddi şəkildə artmış, xüsusilə sosial həssas qruplardan olan tələbələr üçün dəstək mexanizmləri genişlənmişdir".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov ali təhsil müəssisələrində təqaüdlərin verilməsi ilə bağlı yaranan problemlərdən danışarkən bildirdi.

"2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 milyard manatı keçmiş, bu da əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Prezidentin sərəncamları ilə şəhid ailələrindən olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, regional gənclərin universitetlərə qəbul zamanı əlavə imtiyazlar qazanması və sosial baxımdan həssas qruplara güzəştlər verilməsi bu diqqətin bariz təzahürüdür.

Lakin həyata keçirilən bu iradəli dövlət siyasəti, təəssüf ki, bütün təhsil müəssisələrində eyni səviyyədə əks olunmur. Təhsil müəssisələrinin daxili qaydaları və təqaüd siyasəti dövlətin əsas hədəfləri ilə ayaqlaşmır. Bakı Slavyan Universitetində ödənişli əsaslarla təhsil alan tələbələrin akademik müvəffəqiyyətləri təqaüdlə stimullaşdırılmır, hətta dövlət sifarişi əsasında təhsil alan tələbələr belə yüksək bal toplamadıqca, bu imkandan məhrum qalırlar. Jurnalistika ixtisası üzrə bir qrupda 40 tələbədən cəmi 2 nəfərin təqaüd alması bu sistemin nə qədər məhdud və qeyri-funksional olduğunu göstərir", - deyə o, qeyd etdi.

Ekspertin fikrincə, əlaçı tələbələr yalnız təşviqlə deyil, real maddi dəstəklə stimullaşdırılmalıdır:

"Bunun üçün isə yalnız 5% əhatəli təqaüd sistemi kifayət deyil. Bu yanaşma nə sosial ədalətə, nə də təhsil uğurlarının qiymətləndirilməsinə uyğundur.

“Ali təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsində göstərilir ki, təhsil müəssisələri tələbələrin sosial müdafiəsini, maddi stimulunu təmin etməlidirlər. Bu, təkcə dövlət sifarişi ilə təhsil alan tələbələrə aid deyil. Analoji olaraq, “Təhsil haqqında” Qanunun 32-ci maddəsində tələbələrin təhsil alan dövrdə sosial təminat və inkişaf imkanlarına malik olması qeyd olunur. Lakin bu müddəalar kağız üzərində qalsa, onların praktiki əhəmiyyəti olmaz. Əgər bir tələbə həm təhsil haqqı ödəyir, həm də yüksək nəticə göstərirsə, onun təqaüd alması sadəcə yaxşılıq deyil, hüquq və ədalət məsələsidir".

Müsahibimiz vurğuladı ki, dünya təcrübəsi bu məsələyə daha fərqli yanaşır:

"Məsələn, Almaniyada təhsil əsasən pulsuzdur, lakin əlavə mükafat və təqaüdlər akademik nəticələrə görə bütün tələbələr üçün mümkündür. ABŞ-də isə bir çox universitetlər GPA (ortalama bal) əsasında həm dövlət, həm də özəl təqaüdlər ayırır və bu sistem həm dövlət, həm universitetlər, həm də ictimai fondlar tərəfindən dəstəklənir. Türkiyədə isə KYK (Kredi ve Yurtlar Kurumu) təqaüdləri yalnız dövlət sifarişli tələbələrə deyil, ödənişli əsasla oxuyan, amma yüksək göstəriciləri olan tələbələrə də şamil olunur. Bu, tələbənin ödədiyi məbləğdən asılı olmayaraq onun elmi göstəricilərini əsas götürən obyektiv sistemin göstəricisidir. Azərbaycan universitetlərində isə bu istiqamətdə həm normativ baza zəifdir, həm də təşəbbüskarlıq yox səviyyəsindədir.

Elm və Təhsil Nazirliyi bu sahədə marifləndirmə və idarəetmə baxımından passiv mövqe tutur. Təhsil müəssisələrinin təqaüd mexanizmləri üzərində heç bir nəzarət və ya istiqamətləndirici mexanizm mövcud deyil. Nazirlik ali məktəblərdə təqaüd sisteminin şəffaf, funksional və bərabər əsaslarla qurulmasını təmin etmək üçün nə plan təqdim edir, nə də proqnoz açıqlayır. Hətta bəzi universitetlərdə hansı meyara əsasən təqaüdün verildiyi tələbələr tərəfindən belə bilinmir. Belə şəraitdə tələbələr arasında narazılıq artır, universitetlərin reputasiyası zəifləyir və dövlətin məqsəd qoyduğu təhsildə bərabərlik prinsipi zədələnir".

K.Əsədovun sözlərinə görə, təqaüd yalnız mükafat deyil, həm də tələbənin gələcək uğurlarına sərmayədir.

"Yüksək bal toplamış tələbəyə dövlət tərəfindən və ya universitetdaxili vəsaitlər hesabına təqaüd ayrılması onun təhsili davam etdirməsinə, elmə bağlanmasına və sosial vəziyyətinin sabit qalmasına səbəb olur. Hər universitetin daxili büdcəsi daxilində mükafat fondu formalaşmalı, eləcə də özəl sektorla əməkdaşlıq qurularaq korporativ təqaüdlər tətbiq edilməlidir.

Mövcud vəziyyətdə nə dəyişəcək? Əgər bu məsələ sistemli şəkildə həll olunarsa, tələbələr arasında sağlam rəqabət və stimul yaranacaq. Yüksək akademik nailiyyətlər təkcə mənəvi deyil, həm də maddi baxımdan dəyərləndiriləcək. Bu isə universitetlərin akademik səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Sosial ədalət prinsipi bərqərar olacaq və tələbələrin maddi yükü azaldılacaq.

Nə dəyişməlidir? Təhsil müəssisələrində təqaüd siyasətinə dair vahid normativ sənəd hazırlanmalıdır. Elm və Təhsil Nazirliyi hər universitetə təqaüd siyasəti üzrə minimum şərtlər müəyyən etməli, monitorinq və hesabat mexanizmi qurmalıdır. Bütün ödənişli tələbələr üçün yüksək göstəricilər əsasında təqaüd alma imkanı tanınmalıdır. Dövlət və universitetlər birgə şəkildə bu məsuliyyəti daşımalı, təhsil haqqını ödəyən, amma mükəmməl nəticə göstərən tələbənin əziyyəti qarşılıqsız qalmamalıdır.

Əks halda, Prezidentin təhsilə olan qayğısı, verdiyi sərəncamlar və ayrılan vəsaitlər icraetmə səviyyəsində mənasızlaşdırılacaq. Dövlətin ali məqsədi təhsilli, bilikli, vətənpərvər və sosial rifah içində olan gənclər yetişdirməkdirsə, bu məqsədə çatmaq üçün tələbələrin dəstəyə ehtiyacı var – sadəcə seçilmiş bir neçə nəfərin yox, bütün əlaçı və zərbəçilərin. Hazırkı sistem isə bu yanaşmadan çox uzaqdır", - deyə o yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyul 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri