Icma.az
close
up
RU
Sadələşdirilmiş vergi sistemi ləğv olunur? “Azərbaycan Rusiya üçün nümunəyə çevrilib...

Sadələşdirilmiş vergi sistemi ləğv olunur? “Azərbaycan Rusiya üçün nümunəyə çevrilib...

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda sadələşdirilmiş vergi sistemi ilə bağlı ciddi müzakirələr aparılır. Qeyd edək ki, ölkədə illik dövriyyəsi 200 min manatdan artıq olan sahibkarlar 18 faiz ƏDV ödəməlidirlər. Ekspertlər vergi orqanlarını bu sahədə dəyişikliklər etməyə çağırsa da, hələlik nəticə yoxdur.

İqtisadçı Natiq Cəfərli “AzPolitika”ya müsahibəsində bu məsələyə yenidən diqqət çəkib.

O vurğulayıb ki, Azərbaycan hökuməti bu məsələyə ədalətlə yanaşmalıdır: “Çünki həmin 200 min manatlıq məhdudiyyət dolların 78 qəpik olduğu dövrdə müəyyən edilmişdi. O vaxt 200 min manat təxminən 240-250 min dollara bərabər idi. Heç olmasa, indiki məzənnə ilə hesablanaraq bu həddin yarım milyon manata yaxınlaşdırılması zəruridir. Bu, elementar məntiqdir. Amma bunu etmədilər. Bu isə sahibkarlar üçün ciddi problemlər yaradır. Onlar məcbur qalırlar ki, bir neçə VÖEN açsınlar – qızının, oğlunun, həyat yoldaşının və ya öz adlarına. Əgər hədd 1 milyon manata qaldırılsaydı, həm dövriyyə rahatlanardı, həm də vergi yükü azalar, çünki Azərbaycanda vergilər kifayət qədər yüksəkdir”.

İqtisadçı Toğrul Vəliyev isə bildirib ki, son bir neçə ildir Vergilər Xidməti Azərbaycanda sadələşdirilmiş vergi sisteminin ləğvi istiqamətində ciddi səylər göstərir. Onun sözlərinə görə, faktiki olaraq bütün sahibkarlar ya gəlir vergisi, ya da əlavə olaraq ƏDV ödəyicisi olmağa məcbur edilirlər.

T. Vəliyev qeyd edib ki, müxtəlif ekspertlər qonşu ölkələrin təcrübəsini nümunə göstərsələr də, Azərbaycanda sadələşdirilmiş vergi üzrə yuxarı hədd hələ də 200 min manat olaraq qalır. O bildirib ki, bu rəqəm uzun müddətdir dəyişdirilməyib və onun nəyə əsaslandığı aydın deyil.

İqtisadçı əlavə edib ki, Rusiya Maliyyə Nazirliyi 2026-cı il üçün Vergi Məcəlləsinə dəyişiklik təklif edib. Bu dəyişiklikdə sadələşdirilmiş vergi sistemi üzrə maksimal dövriyyə məbləğinin 60 milyon rubldan 10 milyon rubla endirilməsi nəzərdə tutulur ki, bu da təxminən 203 min manata bərabərdir. Toğrul Vəliyev bildirib ki, göründüyü kimi, Azərbaycandakı 200 min manatlıq limit əslində qonşu ölkələr üçün nümunəyə çevrilir.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Sentyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri