Şadlıq sarayları toy sahibinə niyə qəbz vermir?
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Şadlıq saraylarında keçilirən tədbirlərdə külli miqdarda ödəniş olunmasına baxmayaraq, məclis sahiblərinə qəbz verilmir. Şadlıq evlərinin ödəniş müqabilində qəbz verməməsi insanlarda müəssisənin qanun pozuntusuna yol verib-vermədiyi ilə bağlı suallar yaradır.
Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, restoran xidmətlərində ƏDV sistemi var və bu, şadlıq saraylarına da şamil olunur.
“Şadlıq sarayları vergini daha az ödəmək və vergidən yayınmaq üçün daha çox nağd ödənişlərə üstünlük verirlər. Bu isə tipik vergidən yayınma üsullarından biridir”, - deyə ekspert bildirib.
Şadlıq saraylarının toy sahiblərindən qəbul etdiyi pula görə niyə qəbz verməməsi barədə Dövlət Vergi Xidmətinə 3 gündür sorğu verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Aprel 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















