Icma.az
close
up
RU
Şadlıq saraylarında dodaq uçuqladan qiymətlər Menyu 400 manat

Şadlıq saraylarında dodaq uçuqladan qiymətlər Menyu 400 manat

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Toy etmək istəyənləri maraqlandıran ən vacib məsələlərdən biri də şadlıq evlərindəki qiymətlərdir. Bakıdakı şadlıq saraylarının qiymətləri adətən yüksəkdir və bu, həm toy evinin, həm də dəvət olunan qonaqların xərcinin artmasına səbəb olur. Əvvəllər bir nəfər toya gedib 50 manat pul yazdıranda yaxşıca yeyib-içib başıuca vəziyyətdə iştirak edirdisə, günümüzdə 100 manatdan aşağı nəmər verənə pis baxırlar. Bəs, toy sahibləri bu qədər xərcin arasında şadlıq sarayına nə qədər ödəniş etməli olur?

Lent.az Bakıdakı bəzi şadlıq evlərinin menyu qiymətləri barədə araşdırma aparıb.

Məlum olub ki, şəhərin mərkəzi hissələrində olan şadlıq saraylarında fantastik qiymətlər hökm sürür. Əksər bahalı toy məkanları isə Nizami rayonu ərazisində yerləşir. 100-200 AZN arasında dəyişən menyu qiymətlərindən nə toy sahibinə xeyir, nə də qonaqda əylənmək üçün yaxşı əhval-ruhiyyə qalır. Hələ sizə 250 AZN-dən başlayan qiymətə menyu deyirəm ee… Elə sözügedən ərazidə yerləşən bu şadlıq sarayında menyu dəyəri 400 AZN-ə kimi yüksəlir.

Mərkəzdən bir qədər uzaqda 55-60 AZN-dən başlayan qiymətə toyunuzu etmək üçün münasib yer tapa bilərsiniz. Di gəl ki kənar yerlərdə belə “dodaq uçuqladan” dəyərdə menyulara rast gələ bilərsiniz. Məsələn, Buzovna ərazisində yerləşən bir şadlıq sarayında menyu 120 AZN-dən başlayır.

Adam 3-4 saatlıq yeyib-içməyə görə bu qədər pul verərmi? Əlbəttə ki, verənlər var. Bəs nəyə görə? Niyə 70 deyil, 120 manatlıq menyusu olan şadlıq sarayını seçirlər? Ümumiyyətlə, qiymətlərin fərqli olmasının səbəbi nədir?

Şadlıq saraylarından əməkdaşımıza bildirilib ki, bu qiymətlər əsasən menyuya görə dəyişir. Şadlıq saraylarının dəyərini içki və ərzaq qiymətləri formalaşdırır. Bu məhsulların bahalaşması toy evinin bütün xərclərini artırır.

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, son zamanlarda şadlıq saraylarında bahalaşma müşahidə olunur:

“Pandemiyadan sonrakı dövrdə bu qiymət artımı daha çox gözə çarpır. Buna səbəb qida məhsullarının qiymətinin, icarə haqlarının artması, işçi qüvvəsinin məvacibinin yüksəlməsi və s. ola bilər. Maaşların artması həm sosial-iqtisadi inkişafımıza müsbət təsir göstərən, həm də həmin müəssisələrin satdıqları xidmətin maya dəyərinin yüksək olmasına səbəb olan bir amildir".

“Fikrimcə, bəzi ənənələrdə dəyişiklik etmək lazımdır ki, israfçılıqdan uzaq duraq. Toyun xərcləri yalnız iaşə xidmət ilə məhdudlaşmır. Buraya foto-video çəkilişlər, müxtəlif animasiyalar, gül-çiçək, nikahın rəsmiləşdirilməsi, rəqslər, avtomobil icarəsi və digər şeyləri də əlavə edə bilərik. Bu xidmətlərin xərcləri bir çox hallarda şadlıq sarayının banket qiymətlərinə təsir edir”, - deyə o əlavə edib.

Samir Dübəndi qeyd edib ki, bugünkü gündə şadlıq saraylarında “table d’hote” (hərfi mənası "ev sahibi masası"-red.) xidmət növü tətbiq olunur:

“Yəni, sifarişçi tərəfindən öncədən menyu seçimi olur və daha sonra həmin yeməklər hazırlanır. Bu halda porsiya üzrə xidmət göstərilmir. Qalan yeməklər bir çox hallarda atılır. Bir sözlə, israfçılıq halları baş verir.

Ən yaxşı halda əlavə qalan yemək və içkiləri işçilərə vermək olar. Biz toy məkanlarında mövcud olan xidmət növünü dəyişə bilsək, həm israfçılıqdan, həm də əlavə xərclərdən yaxa qurtara bilərik. Bunun üçün də həmin müəssisələrdə çalışan masa xidmətçilərinin, eyni zamanda onlara rəhbərlik edən menecmentin bilik və bacarıqlarını artırmaq lazımdır”.

Əsas məsələ xərclədiyiniz pul yox, toyun sizin üçün nə qədər xoş və əyləncəli keçməyidir. Ona görə də “göstəriş edəcəm” deyib, zərərə düşməyin mənası yoxdur. Toyu xərcə düşmək stressi ilə başa vursanız, ondan nə siz həzz alacaqsınız, nə də qonaqlar. Məclisdə dəvətlilərinizə neçə növ yemək təqdim etdiyiniz qədər necə üz göstərdiyiniz də önəmlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Noyabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri