Icma.az
close
up
RU
Şagirdin özündən ağır olan çantası Deputat çıxış yolunu AÇIQLADI

Şagirdin özündən ağır olan çantası Deputat çıxış yolunu AÇIQLADI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə məktəblilərdə onurğa əyrilikləri (skolioz, kifoz), bel və boyun ağrıları, əzələ və oynaq problemləri, sinir sıxışması və baş ağrıları kimi xəstəliklərin kəskin artdığı müşahidə olunur. Mütəxəssislər bu problemlərin əsas səbəblərindən birinin məktəblilərin həddindən artıq ağır çanta daşıması olduğunu bildirirlər.

Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Fatma Yıldırım deyib ki, artıq dünya süni intellekt dövrünə keçid edir və təhsil sahəsində də yeni texnologiyaların tətbiqi zərurətə çevrilib.

O qeyd edib ki, şagirdlər hər gün çoxlu sayda kitabı məktəbə aparmaq məcburiyyətində qalmamalıdır. Bunun əvəzinə, məktəblərdə planşet və ya tablet sisteminin tətbiq olunması daha məqsədəuyğun ola bilər.

"Son illərdə uşaqlar arasında onurğa problemləri, boyun və bel ağrıları artmaqdadır. Şagirdlərin hər gün ağır çantalar daşıması onların sağlamlığına ziyan vurur. Bir çox inkişaf etmiş ölkələrdə bu məsələ həll olunub və dərs vəsaitləri elektron formada təqdim olunur. Biz də təhsildə müasir texnologiyalara keçid etməli və uşaqlarımızın sağlamlığını qorumalıyıq", – deyə Fatma Yıldırım vurğulayıb.

Millət vəkili əlavə edib ki, elektron təhsil sistemi həm şagirdlərin dərs yükünü azaldacaq, həm də təhsildə daha müasir və effektiv metodların tətbiqinə imkan yaradacaq. Bu istiqamətdə müvafiq addımların atılmasının vacibliyini qeyd edən Fatma Yıldırım Elm və Təhsil Nazirliyini və digər aidiyyəti qurumları bu məsələyə diqqət ayırmağa çağırıb. Onun fikrincə, elektron sistemə birbaşa keçid mümkün deyilsə, bu proses mərhələli şəkildə həyata keçirilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri