Icma.az
close
up
RU
Sahibkarların NƏZƏRİNƏ: Yeni vergi və uçot tələbləri İki mindən altı min manatadək cərimə

Sahibkarların NƏZƏRİNƏ: Yeni vergi və uçot tələbləri İki mindən altı min manatadək cərimə

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 1-dən bazarlarda fəaliyyət göstərən təsərrüfat subyektləri üçün yeni vergi və uçot tələbləri qüvvəyə minib. Yeni qaydalara əsasən, bazar mülkiyyətçiləri yalnız vergi orqanında uçota alınmış obyektləri icarəyə verə bilər. Eyni zamanda, obyektin girişində icarəçinin adı və VÖEN-i göstərilən informasiya yerləşdirilməlidir. Sahibkarlar bu yenilikləri həm hüquqi, həm də inzibatçılıq baxımından narahatlıqla qarşılayırlar. Onlar hesab edirlər ki, bu tələblər əlavə inzibati yük yaradır, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini çətinləşdirir və bazarlarda ticarətin normal gedişatına mane olur.

Bəs, görəsən, bazar mülkiyyətçiləri və icarədarlar yeni tələblərə necə uyğunlaşmalıdır? Maliyyə sanksiyaları hansı hallarda tətbiq olunur və sahibkarların hüquqi məsuliyyəti necə müəyyən edilir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Vergi uçotu inzibatçılığı gücləndirir"

Vergi məsələləri üzrə ekspert Anar Bayramov bildirir ki, yeni qaydaların tətbiqi bazarlarda fəaliyyət göstərən obyektlərin rəsmi uçota alınmasını təmin etmək məqsədi daşıyır. O izah edir ki, burada maliyyə yükündən söhbət getmir, əsas məsələ inzibatçılığın təkmilləşdirilməsidir: "Vergi ödəyicisi fəaliyyət göstərdiyi vergi orqanında qeydiyyatdan keçməlidir. Bu, təsərrüfat subyektlərinin və ya obyektlərinin rəsmi uçotunun aparılması deməkdir. Sadə dillə desək, bu addım vətəndaşın yaşadığı ünvanda qeydiyyata düşməsinə bənzəyir. Vətəndaşla bağlı bir hadisə baş verdikdə onu ilk növbədə rəsmi qeydiyyatda olduğu ünvanda axtarırlar. Əvvəllər plazalarda və iri ticarət obyektlərində vergi ödəyiciləri faktiki olaraq fəaliyyət göstərsə də, uçota alınmırdılar. Bu isə vergi nəzarətini çətinləşdirirdi. İndi isə obyektləri icarəyə verən şəxslər, yəni bazar mülkiyyətçiləri, bu uçotun təmin olunmasına cavabdehdirlər. Bu yanaşma nəzarəti asanlaşdırır və vergi intizamını gücləndirir".

Doqquz aylıq hazırlıq müddəti

A.Bayramov əlavə edir ki, yeni dəyişikliklər ilin əvvəlində təsdiqlənsə də, prosesə hazırlıq üçün doqquz aylıq müddət nəzərdə tutulmuşdu: "Bu müddət ona görə verildi ki, sahibkarlar yeni qaydalara uyğunlaşsınlar. Reallıqda elə hallar olur ki, əvvəllər fəaliyyət göstərən vergi ödəyicisinin uçotu tamamlanmadığı üçün yeni icarədar həmin ünvanı rəsmi olaraq qeydiyyata sala bilmir. Əvvəlki vergi ödəyicisi də tapılmır. Bu, hazırda ən çox rast gəlinən problemlərdən biridir. Doqquz aylıq müddət məhz bu kimi problemlərin aradan qaldırılması üçün verilmişdi".

İki mindən altı min manatadək cərimə

Ekspert bazarların ölçüsü və növü fərqinə də diqqət çəkir: "Adətən, bazar dedikdə el arasında "kolxoz bazarı" kimi bilinən yerlər anlaşılır. Əksinə, bu dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil. Buraya aiddir iri ticarət mərkəzləri, plazalar, mallar, maşın bazarı və s. Onlar mütləq qanunvericiliyin tələblərinə əməl etməli, icarədarın vergi uçotu olmadan fəaliyyət göstərməsinə icazə verməməlidirlər. Əks halda maliyyə sanksiyaları tətbiq olunur. İlk dəfə pozuntu aşkar edilərsə, sanksiya 2000 manat, ikinci dəfə 4000 manat, üçüncü və daha çox hallarda isə 6000 manat təşkil edir".

Anar Bayramov vurğulayır ki, qaydaların tətbiqi sahibkar üçün əlavə vergi öhdəliyi yaratmır: "Məqsəd bazarlarda şəffaf və qanuni fəaliyyətin təmin olunmasıdır".

Rayon bazarlarına gəlincə, ekspert burada vəziyyətin bir qədər fərqli olduğunu deyir: "Yeni qaydalar əsasən mərkəzləşdirilmiş bazarlara tətbiq olunur. Amma bazarda geyim, elektronika və digər qeyri-kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan obyektlər varsa, mütləq yeni tələblərə uygunlaşmalıdır".

"İcarə haqları aşağı salınmalıdır"

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəriblinin fikrincə, hər bir sahibkarlıq subyekti mütləq vergi ödəməlidir. "Bizdə maraqlı bir vəziyyət mövcuddur. Bəzi ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar yalnız icarə haqqı ödəyirlər, dövlət büdcəsinə isə ya heç bir ödəniş həyata keçirilmir, ya da formal ödəniş olunur. Həmin ödənişləri yalnız ticarət mərkəzləri edir. Mən hesab edirəm ki, bu, böyük miqyasda vergidən yayınmaya yol acır. Hər bir ticarətlə məşğul olan şəxs vergi ödəməlidir, lakin ticarət mərkəzlərinin rəhbərləri də vəziyyəti nəzərə almalıdır. Bir çox hallarda vergi öhdəliyi olmadığı üçün ticarət mərkəzləri sahibkarlardan daha yüksək icarə haqları tələb edirlər. Əgər bu vergi yükü sahibkarlara şamil olunacaqsa, ticarət mərkəzləri bunu nəzərə almalı və icarə haqlarını aşağı salmalıdır. Sahibkarlar da bu məsələdə haqlarını tələb etməlidir".

O, iri ticarət mərkəzlərində qeydiyyat aparılmadığı üçün orada neçə sahibkarın fəaliyyət göstərdiyini müəyyən etməyin çətin olduğunu vurğulayır. "Bu sahədə kifayət qədər sahibkar fəaliyyət göstərir və onlar dövlət büdcəsini əhəmiyyətli gəlirlə təmin edə bilərlər. Əslində bu addım sahibkarları qorxutmamalıdır. Sadəcə, bizdə vergi mədəniyyəti tam formalaşmadığından insanlar uçota düşməyin əlavə problemlərə yol açacağını düşünürlər", - Qəribli qeyd edib.

Yeni qaydaların müsbət tərəfləri

İqtisadçı yeni qaydaların sahibkarlar üçün müsbət tərəflərini də izah edir: "Uçot apararkən həm dövriyyə müəyyən edilir, həm də şəffaflıq təmin olunur. Digər tərəfdən, sahibkarların hüquqlarının qorunması baxımından müsbət təsirləri olacaq. Vergi ödəyicisi olanda həm müvafiq dövlət qurumlarından, həm də icarədardan haqlarını tələb edə biləcəklər. Ola bilsin, bazarda müəyyən ələnmə də gedəcək. Daha çevik, müasir tələblərə cavab verən sahibkarlar bazarda qalacaq. Müasir sahibkarlıq bu kimi addımlardan qorxmamalıdır".

Ticarətçilər üçün hüquqi təminat yaradır

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyir ki, əslində bu dəyişikliklər ticarətçilər üçün hüquqi təminat yaradır: "Ümumiyyətlə, bazarlarda işləyən ticarətçilərdən bazar nəzarətçiləri tərəfindən icarə haqqı alınırdı. Sadəcə olaraq oktyabrın 1-dən bazar müdiriyyəti onların qeydiyyatını aparmalıdır. Belə olduğu halda həmin subyektlərə imkan yaranır ki, sabah bazarda hansısa haqsızlıqla üzləşərkən hüquqlarını müdafiə edə bilsinlər. Bu, bazarda fəaliyyət göstərən subyektlərin müdafiəsi baxımından önəmlidir. Digər tərəfdən, gələcəkdə bazarların özləri tərəfindən vergiyə cəlbetmə işi daha asanlaşacaq. Lakin ola bilər ki, bazar müdiriyyəti tərəfindən müəyyən ödənişlər artırılsın. Bu halda isə həmin artım istər-istəməz məhsulların qiymətinə təsir göstərə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri