Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Şahin Bayramov: Biz yalnız azad deyil, həm də bütöv, güclü və müasir bir dövlətin qalib vətəndaşlarıyıq

Şahin Bayramov: Biz yalnız azad deyil, həm də bütöv, güclü və müasir bir dövlətin qalib vətəndaşlarıyıq

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xankəndi, 28 may, AZƏRTAC

Bu gün Müsəlman Şərqində ilk demokratik dövlət sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü və Müstəqillik Gününü böyük fəxarətlə qeyd edirik. Milli dövlətçilik tariximizin şərəfli səhifələrindən hesab edilən bu əlamətdar günün “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Azərbaycanın tam suverenliyi və ərazi bütövlüyü şəraitində qeyd olunması qürur hissimizi daha da artırır.

Bu fikirlər Qarabağ Universitetinin rektoru Şahin Bayramovun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü ilə bağlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

1918-ci ilin mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul olunması ilə ölkəmizin adı ilk dəfə müstəqil dövlət kimi dünyanın siyasi arenasında yerini tapdı. Tarixi yaddaşımızın bu parlaq səhifəsi – xalqımızın azadlıq, milli iradə və mətinlik ruhunun təcəssümüdür.

Həmin dövrdə dünyanın və regionun mürəkkəb geosiyasi mənzərəsinə baxmayaraq, xalqımız demokratik ideyalar əsasında müstəqil dövlət qurmağı bacardı. Bu uğur xalqımızın azadlıq iradəsinin, zəngin intellektual potensialının və dərin dövlətçilik ənənələrinin bariz göstəricisidir. Yalnız 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda əhəmiyyətli dövlətçilik islahatlarına imza ataraq gələcək müstəqilliyimiz üçün mühüm təməl formalaşdırdı. Cümhuriyyətin tarixi əhəmiyyətini hər zaman yüksək dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin bu sözləri xüsusilə diqqətəlayiqdir: “Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır”.

Sovet imperiyasının süqutundan sonra, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdə, Cümhuriyyətin ruhu xalqın qəlbində yaşayırdı. Amma müstəqilliyi sadəcə elan etmək deyil, onu qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək ən böyük məsuliyyətdir. Məhz bu mərhələdə xalqın birliyi və Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın sabit və qüdrətli gələcəyinin əsasını qoydu. Ulu Öndərimizin qətiyyəti və uzaqgörən liderliyi ilə müstəqilliyimiz dönməz xarakter aldı.

Əbədiyaşar liderimizin siyasi irsi, milli maraqlara əsaslanan dövlətçilik fəlsəfəsi bu gün də Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun uğurla davam etdirilir. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan hazırda tarixinin ən qüdrətli və əzəmətli mərhələsini yaşayır. Artıq biz yalnız azad deyil, həm də bütöv, güclü və müasir bir dövlətin qalib vətəndaşlarıyıq. 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə bir gündən az müddətdə aparılan lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud olan və onun zəifləməsi, müstəqilliyinin itirilməsi səbəblərindən biri kimi qiymətləndirilən Qarabağ münaqişəsinə və erməni işğalına artıq son qoyuldu. Bu, təkcə hərbi qələbə deyil, həm də müstəqilliyimizin yüksək mənəvi və siyasi zirvəyə ucalması deməkdir. Bu, dövlətçiliyimizin və xalqımızın iradəsinin real təntənəsidir.

Dövlət başçımızın “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik” sözləri təkcə keçmişə ehtiram deyil – bu, həm də bugünkü güclü Azərbaycanın varlığına verilən dəyərli və dərin mənalı tarixi qiymətdir. Çünki Azərbaycanın hazırkı suverenliyi, ərazi bütövlüyü, regional liderliyi və beynəlxalq nüfuzu məhz həmin milli ruhun çağdaş formasıdır.

Qarabağ torpaqlarının azad olunması və dirçəldilməsi isə bu milli ruha verilən misilsiz yeni nəfəsdir. Bu, milli qürur, tarixi ədalət və gələcəyə doğru atılmış inamlı addımdır. Qarabağ Universiteti olaraq, biz bu dirçəlişin bir parçası olmağın məsuliyyətini və qürurunu daşıyırıq. Universitetimiz təkcə bilik verən təhsil müəssisəsi deyil, eyni zamanda müasir Azərbaycanın memarı Heydər Əliyevin ideyalarının, milli kimliyin, dövlətçilik düşüncəsinin və müstəqillik ruhunun yaşadıldığı ocaqdır. Azad edilmiş Qarabağ torpaqlarında elm və təhsil yolu ilə gələcəyin düşünən, yaradıcı və milli dəyərlərə sadiq vətənpərvər vətəndaşlarını yetişdirmək bizim borcumuzdur.

Qarabağ Universiteti ailəsi olaraq, belə bir əlamətdar gündə, xalqımıza müstəqillik ənənəsini bəxş edən cümhuriyyət qurucularını, bu ənənəyə sədaqət göstərərək müasir Azərbaycanın memarına çevrilən və müstəqilliyimizi əbədiləşdirən Ulu Öndər Heydər Əliyevi, eləcə də azadlığımız, suverenliyimiz və xoşbəxt gələcəyimiz naminə canından keçən qəhrəman şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri