Şahzadə Harri və Meqan Markl Kaliforniya meşə yanğınlarının qurbanlarına yardım ediblər AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
London, 13 yanvar, AZƏRTAC
Sasseks hersoqu Şahzadə Harri və həyat yoldaşı Meqan Markl Kaliforniyada baş verən meşə yanğınlarının qurbanlarına dəstək olublar.
AZƏRTAC xəbər verir ki, onlar Los-Ancelesdəki Pasadena Konvensiya mərkəzində yerləşən təxliyə məntəqəsinə baş çəkərək, qida və ləvazimatların paylanmasında iştirak ediblər. Cütlük həmçinin, yanğınsöndürənlərə təşəkkür edib və Pasadena şəhərinin meri ilə görüşüb.
Bundan əlavə, Harri və Meqan Kaliforniyanın Montecito bölgəsindəki evlərini təxliyə olunan dostlarına sığınacaq kimi verib. Onların “Archewell Fondation” (Arkhuel Fondu) şəhərə aktiv şəkildə kömək edir və insanları təxliyə olunanlara təhlükəsiz sığınacaq təklif etməyə çağırır. Kaliforniyada baş verən meşə yanğınları nəticəsində ən azı 20 nəfər həlak olub, genişmiqyaslı təxliyələr həyata keçirilib və bir çox məşhurların evləri məhv olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 13 Yanvar 2025 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















