Icma.az
close
up
RU
Sakinlər Sovetski məhəlləsinin söküntüsü məsələsini qaldırdı İcra başçısı göstərişlər verdi

Sakinlər Sovetski məhəlləsinin söküntüsü məsələsini qaldırdı İcra başçısı göstərişlər verdi

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün noyabr ayı üzrə səyyar qəbul keçirilib.

"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 31 nömrəli tam orta məktəbin akt zalında baş tutub.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra sakinlər küçələrin işıqlandırılması, Sovetski məhəlləsinin söküntüsünün növbəti mərhələsi, kommunal xidmətlərin apardığı təmir-qazıntı işləri, mənzil növbəsi, bina damların təmiri, qurumuş və təhlükə yaradan ağacların budanması  və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin rayon üzrə xidmət rəhbərlərindən ərazidəki problemlərin həllində çevik olmağı və süründürməçiliyə yol verməməyi tələb edib. İcra başçısı sakinlərin müraciətlərinin həllində məsuliyyətli və operativ olmağı xahiş edib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see165

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see118

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see117

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see117

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see117

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see114

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see112

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see112

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see112

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see112

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

“Qarabağ”, “Sabah”, “Zirə” və “Araz Naxçıvan”ın 3 cü mərhələdəki potensial rəqibləri

19 İyul 2025 07:52see111

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri