Icma.az
close
up
RU
Salim əlMalik: Sülh təhsilinin iqlim böhranı, münaqişələr kimi cari qlobal çağırışlara həllər tapmaq üçün ən yaxşı yoldur AZƏRTAC

Salim əlMalik: Sülh təhsilinin iqlim böhranı, münaqişələr kimi cari qlobal çağırışlara həllər tapmaq üçün ən yaxşı yoldur AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 29 noyabr, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim əl-Malik sülh təhsilinin iqlim böhranı, münaqişələr və müharibələr kimi cari qlobal çağırışlara yenilikçi, birgə həllər tapmaq üçün ən yaxşı yol olduğunu vurğulayıb. O, ilk addımın sülh təhsilinin təhsil sistemlərinə inteqrasiyasını nəzərdə tutduğunu əlavə edərək, rəhbərlik etdiyi təşkilatın bununla bağlı bir çox qabaqcıl təşəbbüslər həyata keçirdiyini qeyd edib, həmçinin sülh təhsilinin bütün bəşəriyyət üçün daha təhlükəsiz və firavan gələcəyə sərmayə olduğuna əmin olduğunu bildirib.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, bu bəyanat Salim əl-Malikin Parisdə Qlobal Sülh Təhsili Şəbəkəsi tərəfindən keçirilən sülh təhsili üzrə ikigünlük Qlobal Sammitin açılışında etdiyi virtual çıxışda yer alıb. Sammit bir sıra yüksəkvəzifəli rəsmiləri və qlobal sülhün təşviqi ilə məşğul olan beynəlxalq qurumların nümayəndələrini, o cümlədən BMT-nin Baş katibi Antonio Quterreşi bir araya gətirib.

Salim əl-Malik ICESCO-nun sülh quruculuğu sahəsindəki əsas səylərini, o cümlədən indiyədək 68 ölkədən 180 gənc kişi və qadına təşkilatın Gənc Sülh Səfiri olmaq üçün təlim keçmiş Sülh və Təhlükəsizlikdə Liderlik Təlimi Proqramını (LTIPS), habelə “360° Sülh yanaşması” təşəbbüsünü xatırladıb. O, texnologiyaların gələcəyin formalaşmasında əsas rol oynayacağı, xüsusən də süni intellektin məsuliyyətli istifadəsini təmin etmək üçün hər kəsin mənəvi öhdəlik götürməli olacağını qeyd edib.

Baş direktor təhsil sistemlərində texnologiyalardan etik istifadə yolu ilə sülh təhsilinin mühüm rolunu vurğulayıb. O əlavə edib: “Bu baxımdan ICESCO İslam dünyası üçün süni intellekt etikasına dair Ər-Riyad Xartiyasını qəbul edib və COP29-da iştirakı zamanı sülh və iqlim dəyişikliyi ilə bağlı geniş müzakirə sessiyaları keçirib”.

Salim əl-Malik çıxışını təşkilatın Sivilizasiyalararası Dialoq Mərkəzi vasitəsilə hamı arasında birgəyaşayış, anlaşma və qarşılıqlı hörmət dəyərlərini təşviq etməyə çalışdığını təsdiq edərək yekunlaşdırıb və ICESCO-nun sülh təhsili üzrə növbəti Qlobal Sammiti Bakıda keçirməyə hazır olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see121

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see120

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri