Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
On birinci çağırış Gürcüstan parlamentinin ilk iclasında təşkilati məsələyə baxılıb. Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib.
AZƏRTAC xəbər verir ki, parlamentin 88 deputatı Şalva Papuaşvilinin seçilməsini dəstəkləyib.
Parlamentin sədri seçildikdən sonra Gürcüstanın Dövlət Himni səsləndirilib.
Şalva Papuaşvili deputatlar qarşısında çıxış edib.

Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib
25 Noyabr 2024 14:10

