Icma.az
close
up
RU
Salyanın 3 aylıq hesabatı Rəsmi rəqəmlər açıqlandı

Salyanın 3 aylıq hesabatı Rəsmi rəqəmlər açıqlandı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Salyan rayonunda 2026-cı ilin birinci rübünün yekunları açıqlanıb. Rəsmi rəqəmlər rayon iqtisadiyyatının müxtəlif sahələrində artım olduğunu göstərir.
Demokrat.az-ın məlumatına görə 2026-cı ilin yanvar-mart aylarında Salyan rayonu üzrə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 45 milyon 271,6 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.
Rayonda hesabat dövründə 40 milyon 158,5 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da real ifadədə illik müqayisədə 3,2 faiz artım deməkdir. Ümumi məhsulun 3 milyon 373,8 min manatı bitkiçilik, 36 milyon 784,7 min manatı isə heyvandarlıq sahəsinin payına düşüb. Aprelin 1-dək 3 min 819,9 hektar sahədə yazlıq əkin aparılıb.
Heyvandarlıq sahəsində isə ilin ilk üç ayında diri çəkidə 3 min 374 ton ət, 11 min 419 ton süd və 7 milyon 414 min ədəd yumurta istehsal olunub. Süd istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz azalsa da, yumurta istehsalı 0,2 faiz artıb.
Tikinti sektorunda əsas kapitala yönəldilən investisiyanın həcmi 16 milyon 134,8 min manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,2 faiz azdır. Ümumi sərmayənin 46,3 faizi dövlət, 53,7 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. İnvestisiyanın 14 milyon 621,3 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib.
Nəqliyyat və anbar təsərrüfatı sahəsində göstərilən xidmətlərin dəyəri 1 milyon 813,2 min manat olub və real ifadədə 5,5 faiz artım qeydə alınıb. Yük daşınmasının həcmi isə 2,8 faiz artaraq 366,1 min tona çatıb.
İnformasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 330,3 min manat təşkil edib. Bu sahədə əldə olunan gəlirin əsas hissəsi mobil telefon rabitəsinin payına düşüb.
İstehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin ümumi dəyəri 146 milyon 553,9 min manat olub. Bunun 79,4 faizi pərakəndə ticarət dövriyyəsi, 18,9 faizi ödənişli xidmətlər, 1,7 faizi isə ictimai iaşə sektorunun payına düşüb.
Pərakəndə ticarət dövriyyəsi 116 milyon 385,5 min manat təşkil edib. Bunun 68 milyon 444,3 min manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 47 milyon 941,2 min manatı isə qeyri-ərzaq mallarının satışından formalaşıb.
İctimai iaşə dövriyyəsi illik müqayisədə real ifadədə 2,6 faiz artaraq 2 milyon 537,5 min manata yüksəlib. Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri isə 27 milyon 630,9 min manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çoxdur.
Məişət xidmətlərinin həcmi 2 milyon 958,9 min manat təşkil edib və bu xidmətlərin hamısı fərdi sahibkarlar tərəfindən göstərilib.
Hesabat dövründə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 106,1 faiz təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 5,6 faiz, qeyri-qida malları üzrə 6,1 faiz, ödənişli xidmətlər üzrə isə 6,8 faiz artıb.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri