Samsunspor azarkeşi rekord müəyyənləşdirmək üçün Monqolustandan Yunanıstana səyahət etdi
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşada yaşayan "Samsunpor" azarkeşi Taner Tamtürk UEFA Avropa Liqası çərçivəsində "Panatinaikos"la qarşılaşan sevimli komandasının oyununa tribunadan baxmaqdan ötrü 10 300 kilometr yol qət edib.
Oxu.Az bu barədə "Türkiye" qəzetinə istinadla xəbər verir.
O, Avropada səfər matçına avtomobil yolu ilə ən uzun səyahəti reallaşdırmaq məqsədilə bu addımı atıb.
Tamtürk Monqolustanın paytaxtı Ulan-Batordan yola çıxaraq, 12 gün sonra Afinaya çatıb.
Futbol azarkeşi səyahətini avtostopla tamamladığını vurğulayıb. 52 yaşlı Tamtürk rekord müəyyənləşdirdiyinin təsdiqlənməsi üçün Dünya Rekordları Sertifikatlaşdırma Agentliyinə (World Record Certification Agency) müraciət edib.
Agentlik GPS qeydlərini araşdıraraq, qət edilmiş məsafəni təsbit edir.
Araşdırma müsbət nəticələnərsə, Tamtürk UEFA-nın səfər matçında iştirak etmək üçün avtomobil yolu ilə ən uzun səyahət edən azarkeş olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 Avqust 2025 01:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















