Icma.az
close
up
RU
Sarsılmaz birlik: TDT vahid güc mərkəzi kimi Kaspi nin TƏHLİLİ

Sarsılmaz birlik: TDT vahid güc mərkəzi kimi Kaspi nin TƏHLİLİ

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəbələ görüşü türk dövlətlərinin birliyinin sarsılmaz olduğunu bir daha dünyaya nümayiş etdirdi. Artıq qarşıya qoyulan hədəflərin miqyası da böyüyür.

Türk dünyasının liderləri növbəti dəfə bir araya gəldilər. Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün budəfəki ünvanı qədim türk yurdu olan Qəbələ oldu. Zirvə görüşündə Prezident İlham Əliyev ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etdilər.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Regional sülh və təhlükəsizlik"

"Regional sülh və təhlükəsizlik" adı altında təşkil edilən Zirvənin əhəmiyyəti, qəbul edilən qərarlar türk dünyasının beynəlxalq aktor olaraq gücləndirilməsi zərurətini bir daha ortaya qoydu. Prezident İlham Əliyevin çıxışı zamanı xüsusilə sülh və təhlükəsizlik, iqtisadi inteqrasiya, tranzit imkanlarının genişləndirilməsi istiqamətində təklifləri türk dövlətləri coğrafiyasının sabitlik və rifah məkanına çevrilməsini şərtləndirən başlıca amillər hesab edilir.

Dövlət başçısının da vurğuladığı kimi, bu gün TDT, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Dünyada baş verən gərginliklər fonunda TDT üzvlərini bir ailə kimi birləşdirən ortaq tarix və etnik köklər, müştərək milli-mənəvi dəyərlər diqqət çəkir. "Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir", - Azərbaycan Prezidenti bildirib.

Birgə hərbi təlimlərin keçirilməsi təklifi

Rəsmi Bakı TDT-nin vahid güc mərkəzi kimi çıxış etməsini prioritet sayır. Bu istiqamətdə həm ikitərəfli, həm də təşkilat çərçivəsində mühüm diplomatik-siyasi qərarların qəbul edilməsi üçün səy göstərir. Azərbaycanın məlum istəyi səbəbsiz də deyil. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında bu vurğu və sadalanan səbəblər xüsusilə diqqət çəkir. Onun sözlərinə görə, dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və Qəbələ Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir:

"Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir".

TDT məkanının ən mühüm kilid ölkəsi

Təbii ki, güclü beynəlxalq mövqelərə malik olmaq üçün tək siyasi birlik yox, həm də sıx iqtisadi əməkdaşlıq və beynəlxalq səviyyəli birgə layihələrin reallaşdırılması vacibdir.

Bu məsələdə rəsmi Bakının yanaşması əslində TDT üzvləri üçün yol xəritəsi də sayıla bilər. Çünki Azərbaycan bu günə qədər reallaşdırdığı layihələr və yerləşdiyi geosiyasi və coğrafi mövqeyinə görə TDT məkanının ən mühüm kilid ölkəsi sayılır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, nəqliyyat və kommunikasiya əlaqələri TDT çərçivəsində strateji əhəmiyyətə malikdir: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir".

Sarsılmaz birlik

Qəbələ Zirvəsi tək təhlükəsizlik, iqtisadi əməkdaşlıq və tranzit dəhlizlərin genişləndirilməsinə dair əməkdaşlığı dərinləşdirmək çağırışları ilə yadda qalmadı. TDT çərçivəsində enerji, mədəniyyət, ortaq əlifba, digər mədəni və sosial tədbirlərin təşkilinə də xüsusi diqqət yetirildi ki, bu da üzv ölkələr arasında bağları daha da gücləndirən amillərdən hesab olunur. Türk dövlətlərinin həmrəyliyi, birliyi özünü Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dəstəkdə də açıq şəkildə göstərdi. Prezident İlham Əliyev üzv ölkələrin birbaşa dəstəyi ilə reallaşan layihələri sadalayaraq onlara öz təşəkkürünü bildirdi. Azərbaycan xalqının bu dəstəyi heç bir zaman unutmayacağını xüsusi olaraq vurğuladı.

Beləliklə, Qəbələ görüşü türk dövlətlərinin birliyinin sarsılmaz olduğunu bir daha dünyaya nümayiş etdirdi. Artıq qarşıya qoyulan hədəflərin miqyası da böyüyür. TDT mövcud kataklizmlər fonunda sülh və sabitliyin, inkişafın və ortaq dəyərlərin, birgə mövqenin sərgiləndiyi platforma kimi meydana çıxır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Oktyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri