Satış mərkəzləri və qeyri rəsmi idxalçılar AVTOMOBİLLƏRİ BAHALAŞDIRIB Eelektromobillərə ...
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hazırda Azərbaycanın avtomobil bazarı struktur dəyişikliyi prosesindədir. Avtosfer.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, ötən il ölkəyə idxal olunan avtomobillərin sayı əvvəlki ilə nisbətən bir neçə faiz artıb və ilin sonuna qədər təxminən 100 min avtomobil idxal olunub:
“Burada qismən köhnə avtomobillər yer alsa da, lakin ötən il ərzində yeni avtomobillərin payı daha çoxdur. Ümumilikdə isə ölkəmizin avtomobil parkında həm yeni nəqliyyat vasitələrinin, həm idxal olunan hibridlər maşınlarının payı artıb. Bunun müqabilində isə elektrikli avtomobillərin payı azalıb”.
E.Cəfərov hesab edir ki, bu il ərzində elektromobillərə tələbat azalacaq və əvvəlki qədər maraqlı olmayacaq. Amma hibridlər yenə də sürücülər üçün maraqlıdır.
Ekspert bildirib ki, ƏDV güzəştlərinin müddəti bitəndən sonra isə maşınların köhnə qiyməti qayıdacaq, Yəni alıcıdan ƏDV alınacaq və buna görə də qiymət dəyişikliyi qaçılmazdır:
“Artıq rəsmi satış mərkəzləri və qeyri-rəsmi avtomobil idxal edənlər nəqliyyat vasitələrinin qiymətini artırıblar. ƏDV də həmin qiymətin üzərinə gəlib. Qeyd etdiyim kimi, yeni maşınlara baxdıqda ötən il idxalın artdığı diqqətə çarpır və bu il üçün isə proqnozlar belədir ki, ötən illə müqayisədə avtomobil sayı o qədər də çox olmayacaq. Hətta ola bilər ki, bu il avtomobil sayı ötən ilə nisbətən az olsun. Ancaq daha çox yeni avtomobillər idxal olunacaq. İnsanlar istehsal tarixi 2019-2026-cı illəri əhətə edən maşınlara üstünlük verəcək. Məlumdur ki, yaşı 7 ildən çox olan köhnə maşınların da mühərrik həcminə görə alınan aksiz dərəcələri artırılıb. Bu da özlüyündə alıcıları nisbətən yeni avtomobillər almağa sövq edəcək, yönləndirəcək”.
Ekspert əlavə edib ki, son illər ərzində hibrid avtomobillərə olan tələbatın artması ilə alıcıların seçimləri də dəyişib və bazar yenidən formalaşmağa başlayıb: “
Biz hazırda Azərbaycanda avtomobil bazarının struktur yenilənməsinin şahidiyik. Bu ilin birinci rübünü proqnozlaşdırsaq deyə bilərik ki, bazar aktivliklə davam edəcək”.
Oxunub 96
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 14 Yanvar 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















