Icma.az
close
up
RU
Saxta diplomlarla bağlı ETİRAZ: “Sabah qəssablar da cərrah kimi işləyəcəklər” Yeni Çağ Media

Saxta diplomlarla bağlı ETİRAZ: “Sabah qəssablar da cərrah kimi işləyəcəklər” Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

“Təbii ki, Səhiyyə Nazirliyində aparılan əməliyyatlar müsbət bir haldır. Əgər hansısa neqativ vəziyyət aradan qaldırılırsa, fərqi yoxdur, hətta Amerikada yaşayan bir jurnalistin sayəsində ictimailəşdirilmiş olsa belə, bu, təqdirəlayiqdir. Məsələn, Qənirə Ataşovanın məsələni ictimailəşdirməsindən sonra bu hadisə gündəmə gəldi. Lakin istənilən halda məsələ ört-basdır edilmədi. Ən azından dövlət qurumlarından biri – Baş Prokurorluq bunu araşdırır. Əgər aidiyyəti addımlar atılarsa və məsuliyyətə cəlb edilmə baş verirsə, bu, müsbət bir mexanizmin işə düşməsi deməkdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib.

Müxalifətçi son günlər saxta həkim diplomlarının ifşa edilməsi ilə bağlı yayılan informasiyalara, habelə hüquq-mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyində 6 nəfərin saxlanması ilə yekunlaşan əməliyyata münasibət bildirib.

T. Abbaslının fikrincə, bu mexanizm öz funksiyasını yerinə yetirərək sistemdəki saxta elementləri aradan qaldırır:

“Nəticədə saxta diplomlu cərrahlar daha insanların sağlamlığına və həyatına risk yaratmayacaq. Lakin burada əsas məsələ bu mexanizmlərin çatışmazlıqlarıdır. Görünür, qanunvericilikdə və Səhiyyə Nazirliyinin strukturunda boşluqlar var. Bu boşluqlar, məsələn, saxta diplomlu həkimlərin aşkarlanmasını çətinləşdirir. Bəs niyə Qənirə Ataşova və ya Tural Abbaslı kimi şəxslər bu məsələləri üzə çıxarmalıdırlar?! Bu ki, onların işi deyil… Əgər onlar bunu etməsəydilər, onda nə olacaqdı?! Saxta diplomlu cərrahlar işləməyə davam edəcək, insanların sağlamlığına ziyan vuracaq və bu problemlər artacaqdı”.

“Səhiyyə Nazirliyinin nümayəndəsi belə demişdi: “bizim işimiz saxtakarlığı aşkar etmək deyil. Bu, hüquq-mühafizə orqanlarının işidir.” Bu, qeyri-ciddi və məsuliyyətsiz yanaşmadır. Axı necə ola bilər ki, həkim olmayan bir şəxs cərrah kimi fəaliyyət göstərsin?! Bu, sistemin özündə ciddi mexanizmlərin olmamasını göstərir. Məsələn, digər sahələrdə dövlət orqanları fəaliyyətləri tənzimləyir. Bir müəssisə açılarkən Vergilər Xidməti vergiləri tələb edir, Fövqəladə Hallar Nazirliyi təhlükəsizliyi yoxlayır və sertifikat verir. Eyni qayda ilə Səhiyyə Nazirliyi də özəl klinikaları və ya tibb müəssisələrini yoxlamaq üçün effektiv mexanizmlər yaratmalıdır. Əks halda, belə çıxır ki, özəl tibb müəssisələrində sabah təsadüfi şəxslər, hətta qəssablar belə cərrah kimi işləyə bilər və nazirlik buna qarışmayacaq”, – deyə o, əlavə edib.

Partiya sədri diqqətə çatdırıb ki, bu boşluqlar təcili olaraq aradan qaldırılmalıdır:

“Əgər qanunvericilikdə bu məsələlərlə bağlı boşluqlar varsa, Səhiyyə Nazirliyi qanunverici təşəbbüslə çıxış etməli, parlamentə müraciət etməlidir. Əgər qanunlarda hər şey nəzərdə tutulubsa, onda bu məsələlərin icrasına görə nazirlik məsuliyyət daşımalıdır. Səhiyyə Nazirliyinin rəhbərliyi bu problemləri aradan qaldırmağa cavabdehdir. Ümumilikdə isə bu cür əməliyyatların keçirilməsi müsbətdir. Ən azından qısamüddətli çəkindirici funksiyası var. Amma boşluqların üzə çıxarılması və sürətli şəkildə aradan qaldırılması da vacibdir. Hazırda deputatlar seçilib və bu sahədə mütəxəssislərin iştirakı ilə qanunvericilik təşəbbüsləri irəli sürülməlidir. İnsanların taleyi təsadüfi şəxslərin ümidinə buraxılmamalıdır. Çünki cərrahların əksəriyyəti yalnız praktika yolu ilə, birbaşa başqa həkimlərin əllərinə baxaraq təcrübə qazanır. Bu, tibbi təhsilin və sistemin ciddi şəkildə yenidən qurulmasını tələb edir. Sağlamlıq sektoru elə bir səviyyədə olmalıdır ki, hər hansı təsadüfi yanaşmalar burada yolverilməz olsun”.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 26 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri