Icma.az
close
up
RU
Səbinə Əliyeva “Amnesty International” təşkilatının baş katibinə etiraz məktubu ünvanlayıb

Səbinə Əliyeva “Amnesty International” təşkilatının baş katibinə etiraz məktubu ünvanlayıb

Icma.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının baş katibi Aqnes Kallamarda açıq etiraz məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda sözügedən təşkilatın rəsmi internet səhifəsində yayımladığı 2024-cü il üzrə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatında ölkəmizə dair həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli məlumatların yer almasının həmin təşkilatın insan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha sübut etdiyi qeyd olunub.

Eyni zamanda, hesabatda deyilənlərin əksi olaraq, ölkəmizdə ötən il keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təmsilçilik baxımından geniş əhatəyə malik olduğu, inklüzivliyin təmininə xüsusi diqqət yetirildiyi və vətəndaş cəmiyyəti nümayəndələrinin də fəal iştirakına şərait yaradıldığı bildirilib.

Qeyd edilib ki, “Amnesty International” tərəfindən hesabat hazırlanan zaman ədalətlilik prinsipi gözlənilsəydi, həmin sənəddə 1987-ci ildən başlayaraq münaqişə ilə əlaqədar Ermənistandan zorla qovulmuş 250 mindən artıq azərbaycanlının qayıdış məsələsinə də diqqət olunardı. Ermənistanın beynəlxalq sənədlərə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl edərək, azərbaycanlıların yaşadıqları ərazilərə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmasına dair zəmanət verməsinin əhəmiyyəti vurğulanıb.

Məktubda Azərbaycanın azad edilmiş ərazilərində insanların hüquq və azadlıqlarına ciddi təhlükə yaradan Ermənistanın mina terroru, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı Ermənistanın hər hansı məlumat verməməsi məsələlərinə də xüsusi olaraq toxunulub, bu cür faktların tamamilə gözardı edilməsinin təşkilatın insan hüquqları məsələlərinə yanaşmasında ciddi qərəz və ikili standartların mövcudluğunu açıq şəkildə göstərdiyi diqqətə çatdırılıb.

Məktubda, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının təmini, eləcə də saxlanılma şəraiti və sağlamlıq vəziyyətinin daim diqqət mərkəzində saxlanıldığı, Ombudsman təsisatının saxlanılan şəxslərlə bağlı istənilən məlumatın dəqiqləşdirilməsinə daim açıq və hazır olduğu, aparılan araşdırmaların nəticələrinin mütəmadi şəkildə geniş ictimaiyyətə təqdim olunduğu, hesabatda bu kimi məlumatlara istinad edilmədiyi təəssüflə qeyd edilib.

Ombudsman yekunda beynəlxalq qeyri-hökumət təşkilatları da daxil olmaqla, bütün təşkilatları insan hüquqlarına dair hesabatlar hazırlayarkən beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə hörmətlə yanaşmağa, ədalətlilik, qərəzsizlik prinsiplərini pozmamağa, yalnız obyektiv və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 May 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri