Icma.az
close
up
RU
Səbinə Əliyeva: Konstitusiya və suverenlik məsələlərinə dair maarifləndirmə hüquqi dövlət quruculuğunda mühüm rol oynayır

Səbinə Əliyeva: Konstitusiya və suverenlik məsələlərinə dair maarifləndirmə hüquqi dövlət quruculuğunda mühüm rol oynayır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 may, AZƏRTAC

Müstəqil Azərbaycan Respublikasının keçdiyi tarixi inkişaf yolunda dövlət suverenliyinin qorunması və milli hüquq sistemimizin əsasını təşkil edən Konstitusiyanın mühüm rolu var. Ümummilli Lider Heydər Əliyevin bilavasitə müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi dövlət kimi inkişafının təməlini formalaşdırıb. Bu hüquqi sənəd Azərbaycan dövlətçiliyinin ideya-siyasi əsaslarını və hüquq sisteminin strukturunu müəyyən edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ombudsman Səbinə Əliyeva “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik və Konstitusiya: Gəncliklə gələcəyə” mövzusunda keçirilən forumda çıxışı zamanı söyləyib.

Ombudsman qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik strategiyası nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub: “Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqları azad edilib, bununla da, regionda sülhün və sabitliyin təmin edilməsinə mühüm töhfə verilib. İnsan hüquqlarının müdafiəsi və demokratik inkişafın təmin edilməsi müasir Azərbaycan dövlətinin qarşısında duran əsas prioritetlərdən biridir. Bu istiqamətdə hər kəsin, xüsusilə də gənclərin fəal iştirakı vacibdir. Gənclərin hüquqi maarifləndirilməsi və bu sahədə təbliğatın gücləndirilməsi əhəmiyyətlidir”.

Sonra Ombudsman forum çərçivəsində aparılan müzakirələrin və səsləndirilən təkliflərin gənclərin Konstitusiya və suverenlik məsələlərinə dair biliklərinin artırılmasına töhfə verəcəyinə inandığını ifadə edib. O, bu kimi tədbirlərin gənclər arasında hüquqi düşüncə və hüquq mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri