Icma.az
close
up
RU
Sədrəddin İsmayılov: Azərbaycan və Türkiyə arasında münasibətlərin əsas qanunu Şuşa Bəyannaməsidir

Sədrəddin İsmayılov: Azərbaycan və Türkiyə arasında münasibətlərin əsas qanunu Şuşa Bəyannaməsidir

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Türkiyə arasında münasibətlərin əsas qanunu Şuşa Bəyannaməsidir.

Bunu “Report” İnformasiya Agentliyinin əməkdaşı, siyasi ekspert Sədrəddin İsmayılov fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda keçirilən dəyirmi masada deyib.

Sənədin hər iki ölkənin Konstitusiyasına, beynəlxalq normalara və BMT nizamnaməsinə uyğun yazıldığını deyən Sədrəddin İsmayılov Azərbaycan və Türkiyə mediasının qarşılıqlı strateji əməkdaşlığının da bu sənədə əsaslandığını bildirib:

“Sənəddə nəzərdə tutulan ərazi bütövlüyü və suverenlik, terrora qarşı birgə mübarizə, xarici siyasi kursda addımları uzlaşdırmaq və s. mediaya ortaq işlər görmək üçün xeyli meydan verir. Azərbaycan mediasında Türkiyə ilə bağlı xəbərlər, təhlil, mədəni yazılara daha tez-tez rast gəlmək olur. Hətta futbol üzrə Super Liqanın oyunlarını Azərbaycan da Türkiyə qədər izləyir, münasibət bildirir”.

Ekspert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərlərinin, regional və qlobal əhəmiyyətli açıqlamalarının, bir sıra hallarda ölkədaxili məsələlərə dair çıxışlarının Azərbaycan mediasında yayılmasından, təhlil motivi olmasından danışıb:

“Eləcə də Türkiyənin terrora qarşı mübarizəsi Azərbaycan mediasının daim gündəliyindədir. Son illər Türkiyə mediasında da Azərbaycandakı hadisələrə marağın yarandığı müşahidə olunur”.

S.İsmayılov 44 günlük Vətən müharibəsi zamanı Türkiyə mediasının cəbhədə baş verən hadisələri obyektiv şəkildə işıqlandırmasına, həmçinin post-müharibə dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və ölkənin başqa rəsmilərinin Azərbaycan və Cənubi Qafqazla bağlı açıqlamalarının operativ şəkildə yayılması məsələsinə xüsusi diqqət çəkib:

“Bu baxımdan, qardaş ölkənin mediasında qarşılıqlı strateji əməkdaşlığa əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və başqa rəsmilərin regional, qlobal, hətta Türkiyə ilə bağlı açıqlama və dəyərləndirmələrinin yayılması da məqsədəuyğun sayılar”.

“Report” İA-nın əməkdaşı 2023-cü ildə Prezident İlham Əliyevin başqa dövlətlərdə yaşayan Azərbaycan türkləri də daxil olmaqla türklərin ana dilində təhsil ala bilmədiklərinə dair çıxışını xatırladıb:

“Hər kəsə bəllidir ki, bu məsələ daha çox İrana aiddir. Türkiyə mediasının İranda Azərbaycan türklərinin ana dilində məktəblərinin olmaması məsələsini, habelə onların milli-mədəni hüquqlarının tapdanması məsələsini diqqətdə saxlaması da əməkdaşlığın ruhuna uyğun sayılar”.

Siyasi ekspert Azərbaycan və Türkiyə arasında müştərək mədəni layihələrin olduğunu da vurğulayıb:

“Bu mənada, “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və “Türkiyə Radio və Televiziya Qurumu” arasında imzalanan memoranduma əsasən ortaq istehsal olunan “1926-cı il Türkoloji qurultay” bədii-sənədli filmini örnək göstərmək mümkündür”.

S.İsmayılov çıxışının sonunda 2021-ci il fevralın 1-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalamasının Türk Dövlətləri Təşkilatının başqa üzvləri üçün də nümunə ola biləcəyini istisna etməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri