Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Quba, 1 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Ağbil türbələri.
Qubanın qədim yaşayış məskənlərindən olan Ağbil kəndinə yolunuz düşsə, sizi Səfəvilər dövründən günümüzədək gəlib çatmış maraqlı memarlıq nümunələri qarşılayacaq. Kəndin köhnə qəbiristanlığında yerləşən Ağbil türbələri bölgənin zəngin tarixi-mədəni irsinin yadigarlarıdır.
Türbələrin yerləşdiyi ərazidə daha qədim dövrlərə aid kurqanlara və müxtəlif qəbir daşlarına da rast gəlinir. Bu isə məkanın yalnız Səfəvilər dövrü ilə deyil, daha qədim tarixlə də bağlı olduğunu göstərir.

Ağbil kəndinin adının mənşəyi də məhz bu tarixi abidələrlə əlaqələndirilir. Bəzi mənbələrdə kəndin XIX əsrdə Zeyid kəndindən köçənlər tərəfindən salındığı və əvvəlcə “Ağbil Zeyid” adlandırıldığı qeyd olunur. “Ağbil” sözünün “ağ” – kiçik və qədim bolqar dilində “bil” – türbə, məzar daşı sözlərinin birləşməsindən yarandığı və “kiçik türbə, məzar daşı” mənasını verdiyi bildirilir.
Bu gün kənddə iki türbə qorunub saxlanılıb. Onlardan biri səkkizguşəli quruluşu ilə seçilən Şeyx Məzyəd türbəsi, digəri isə Düzbucaqlı türbədir. Düzbucaqlı türbə zahiri görünüşünə görə kiçik yaşayış binasını xatırladır. Hər iki abidənin eyni dövrə aid olması onların eyni memarın əsəri ola biləcəyi ehtimalını yaradır. Türbələrin memarlıq xüsusiyyətləri də bu iki abidə arasında müəyyən oxşarlıqların olduğunu göstərir.

Maraqlıdır ki, yerli sakinlər bu ərazini “Dörd Ağbil” adlandırırlar. Bu ad kənddə vaxtilə dörd türbənin mövcud olduğunu ehtimal etməyə əsas verir. Onlardan ikisi sonrakı dövrlərdə dağılıb və ya sökülüb. Bu türbələrin vaxtilə mövcud olduğunu təsdiqləyən əsas yazılı məlumatlardan biri isə Peterburq Elmlər Akademiyasının akademiki olmuş B.A.Dornun qeydləridir.
Ağbil türbələri bu gün də tarixə şahidlik edən səssiz abidələr kimi Qubanın keçmişini yaşadır. Hər iki türbə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Müxbir – Elxan Yusifli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 01 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















