Səfirliyin tələbi naziri qəzəbləndirdi
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İsrailin milli təhlükəsizlik naziri, ifrat sağçı İtamar Ben-Qvirin viza almaqda yaşadığı çətinlik səbəbindən planlaşdırdığı ABŞ səfərini ləğv etməli olub.
"Cebheinfo.az" "Haaretz" qəzetinə istinadən xəbər verir ki, Ben-Qvir israilli iş adamı Yaakov Elhararın qızının toyunda iştirak etmək və diplomatik bir görüş keçirmək məqsədilə ABŞ Səfirliyinə viza müraciəti edib.
Xəbərdə Ben-Qvirin viza prosedurları üçün ABŞ Səfirliyinə barmaq izi verməyə dəvət edilməsindən sonra ABŞ səfərini ləğv etdiyi qeyd olunub.
İsrail mətbuatı Ben-Qvirin digər nazirlər kimi diplomatik viza almaq hüququnun olduğunu, lakin ABŞ Səfirliyinin "gözlənilməz" bir prosedur tətbiq edərək ifrat sağçı nazirdən barmaq izi tələb etdiyini vurğulayır.
Ben-Qvirin ofisindən verilən açıqlamada ABŞ-nin İsraildəki Səfirliyinin viza üçün barmaq izi istədiyi faktı təsdiqlənmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 16 İyun 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















