Şəhərlər soyutma mərkəzlərini aktivləşdirdi ABŞ YANIR
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin şərq hissəsində rekord istilər səbəbilə geniş xəbərdarlıq elan edilib.
Redaktor.az xəbər verir ki, ABŞ-nin Orta Qərb, Şimal-Şərq və Cənub ştatlarında iyulun 1-dən etibarən milyonlarla insan üçün yüksək temperaturla bağlı xəbərdarlıqlar qüvvəyə minib.
Məlumata görə, meteoroloqların proqnozuna əsasən, havanın hiss olunan temperaturu 38°C ilə 46°C arasında dəyişəcək ki, bu da istilik vurması və digər sağlamlıq problemləri riskini artırır.
Bildirilir ki, şəhər hakimiyyətləri əhalinin qorunması üçün fövqəladə tədbirlər görür. Çikaqoda sakinlər yaşlı və həssas qruplara diqqət göstərməyə çağırılıb, Nyu-Yorkda isə yüzlərlə soyutma mərkəzi fəaliyyətə başlayıb və xüsusi soyutma furqonları küçələrə çıxarılıb. İctimai hovuzların iş saatları uzadılıb, evsizlər üçün əlavə dəstək tədbirləri görülüb.
Məlumata görə, enerji şirkətləri elektrik şəbəkəsinə düşən yükü azaltmaq üçün vətəndaşları pik saatlarda enerji sərfiyyatını azaltmağa çağırıb.
Qeyd edək ki, istilərin iyulun 4-də qeyd olunacaq Müstəqillik Günü tədbirlərinə də təsir edəcəyi gözlənilir. Vaşinqtonda planlaşdırılan “Salute to America” atəşfəşanlıq şousu üçün geniş hazırlıqlar görülsə də, ekstremal hava şəraiti ilə bağlı təhlükəsizlik narahatlıqları qalmaqdadır.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 02 İyul 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















