Icma.az
close
up
RU
Şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

Şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd olunub

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq “Vətən sağ olsun!” adlı tədbir keçirilib.

Kollecdən AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhid ailələri, qazilər, tələbələr və valideynlər iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Vətən müharibəsi şəhidi Şaiq Kəlbiyevin atası Namiq Kəlbiyev çıxış edərək şəhidlərin qəhrəmanlığının Azərbaycan gəncləri üçün örnək olduğunu bildirib. O qeyd edib ki, şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. N.Kəlbiyev Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlığını bildirib.

Sosial-İqtisadi Kollecin direktoru professor Mübariz Hacıbəyov çıxışında qeyd edib ki, 5 il öncə başlayan 44 günlük Vətən müharibəsi – Azərbaycan, eləcə də dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı Zəfərimizin tarixidir. Azərbaycan xalqı və şanlı ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Qələbə qazanıb, torpaqlarımız işğaldan azad edilib: “44 günlük haqq savaşımızda çoxsaylı şəhidlər verdik. Biz bu günümüzə görə onlara borcluyuq. Xalqımız heç vaxt öz şəhidlərini unutmayacaq. Azərbaycan əsgəri müharibə günlərində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin 30 il ərzində qurduğu nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, Azərbaycanın tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu”.

Tədbirin bədii hissəsində tələbələr şeirlər səsləndirib, səhnəciklər nümayiş etdiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri