Səhiyyə Nazirliyi ilk dəfə Cəbrayılda əhali üçün tibbi müayinələr təşkil edib
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti ilk dəfə Cəbrayıl şəhərində sakinlər üçün tibbi xidmətlər göstərib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Müayinələr İnstitutun tibbi avadanlıqların tam dəsti ilə xüsusi təchiz olunan Səyyar klinikasında aparılıb.
Aksiya zamanı institutun pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, döş qəfəsi orqanlarının flüoroqrafiyası, Elektrokardioqrafiya, Exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin öyrənilməsi həyata keçirilib.
Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Aksiya zamanı 300-ə yaxın Cəbrayıl sakini müayinələrdən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsini nəzərdə tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Fevral 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















