Icma.az
close
up
RU
Səki nədir? Onun eni nə qədər ola bilər? Bakıdakı enli səkilər maşınların parklanması üçün ayrıla bilər? ARAŞDIRMA FOTO VİDEO

Səki nədir? Onun eni nə qədər ola bilər? Bakıdakı enli səkilər maşınların parklanması üçün ayrıla bilər? ARAŞDIRMA FOTO VİDEO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhərində səki infrastrukturu uzun illərdir ki, şəhərsalma və nəqliyyat planlaşdırılmasının əsas mövzularından biri olaraq qalır.
Avtosfer.az xəbər verir ki, xüsusilə mərkəzi küçələrdə və geniş prospektlərdə inşa olunan səkilər həm piyadaların təhlükəsiz hərəkəti, həm də şəhərin ümumi estetik görünüşü baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, bəzi ərazilərdə səki sahələrinin həddindən artıq geniş olması və səmərəsiz istifadəsi ilə bağlı suallar yaranır. Son günlər bu kontekstdə yeni bir təklif müzakirəyə çıxarılıb – geniş səkilərin müəyyən hissələrinin avtomobil parkinqi üçün ayrılması məsələsi gündəmə gəlib.


Mövzu ilə bağlı memar Elçin Əliyev saytımıza bildirib ki, piyada səkilərinin eni küçələrin funksional təyinatı və hərəkət yükü nəzərə alınmaqla müəyyən edilməlidir: 
"Planlaşdırma zamanı piyadaların intensivliyi, dayaq konstruksiyalarının sayı və yerləşməsi, işıqlandırma dirəkləri, ağacların mövcudluğu və onların düzülüşü kimi amillər əsas götürülür. Normativlərə görə, bir zolaqlı küçələrdə səki və piyada yollarının minimum eni 1,5 metr, maksimumu isə 4,5 metr ola bilər. Hərəkət zolaqlarının sayı artdıqca, hər əlavə zolaq üçün səkilərə ən azı 1 metr en əlavə edilməlidir".
Memar qeyd edib ki, səki ilə yol səthi arasındakı hündürlük fərqi minimum 15 santimetr olmalıdır.
"Bu həm təhlükəsizlik, həm də su axınının düzgün idarə olunması baxımından vacibdir. Eyni zamanda, səki infrastrukturu qurularkən drenaj sistemlərinin layihələndirilməsi mütləq şərt sayılır. Bakı şəhərində son illər piyada mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Bəşir Səfəroğlu, Rəsul Rza və Vidadi küçələrində görülən işlər şəhər mərkəzində piyadaların sərbəst və təhlükəsiz hərəkətini təmin edir".


Məsələ ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı saytımıza bildirib ki, Azərbaycanda son dövrlər İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər nəticəsində səki üzərində avtomobil saxlanması daha ciddi şəkildə cəzalandırılır: 
"Yeni qaydalara əsasən, səkilərdə avtomobil park edən sürücülər 60 manat məbləğində cərimələnir və eyni zamanda 2 cərimə balı ilə üzləşirlər. Halbuki əvvəllər bu cür qayda pozuntuları 20 və ya 40 manat cərimə ilə qiymətləndirilirdi. Bununla belə, bu məsələ ilə bağlı cəmiyyətdə haqlı suallar yaranır: Azərbaycanda ümumiyyətlə “səki” anlayışı dəqiq şəkildə müəyyən olunubmu? Aparılan araşdırmalar göstərir ki, ölkədə səkilərlə bağlı konkret və hər kəs üçün əlçatan standartlar ya yoxdur, ya da varsa belə, kifayət qədər ictimaiyyətə açıq şəkildə təqdim olunmayıb. Bəzi hallarda binaların yol kənarına yaxın hissəsi həyət sahəsi kimi qəbul olunur. Bu ərazilərdə isə maksimum 1,5–2 metr enində piyada keçidi nəzərdə tutulur. Lakin faktiki mənzərə ondan ibarətdir ki, bəzi məhəllələrdə 15 metrlik sahənin 12 metri səkilərlə əhatələnir və bu sahələr tam olaraq səki kimi qiymətləndirilir".
Ekspert qeyd edib ki, şəhər piyadayönümlü olması ən vacib şərtləndərdir: 
"Amma vətəndaşların nəqliyyat vasitəsi ilə hərəkəti də onların hüququdur və bu seçimi tamamilə məhdudlaşdırmaq olmaz. Əgər müəyyən ərazilər kifayət qədər genişdirsə, məsələn, 12 metrlik bir sahədən söhbət gedirsə, bu zaman 2 metrlik hissəni piyada hərəkəti üçün rəsmiləşdirmək, qalan hissədə isə avtomobil park olunmasına şərait yaratmaq mümkündür. Burada məsələ, sadəcə avtomobili orada saxlamaqdan ibarət deyil, ərazidə düzgün işarələnmə aparılmalı, piyadaların keçidi üçün konkret xətt çəkilməlidir. Beləliklə, sürücülər də anlayacaq ki, bu hissə yalnız piyadalar üçündür.
Hazırda Bakı şəhərində parklanma üçün kifayət qədər yer yoxdur. Bu reallıq nəzərə alınmadan tətbiq edilən sərt cərimələr və məhdudiyyətlər sürücülərin narazılığına səbəb olur. Əgər alternativ ictimai nəqliyyat, kifayət qədər avtobus, metro və tramvay sistemi mövcud olsaydı, bu məhdudiyyətlər daha əsaslı görünə bilərdi. Lakin hazırda insanlar şəxsi avtomobildən istifadəyə məcbur qalır".
Elməddin Muradlının sözlərinə görə geniş səkilər kafe, satış köşkü və digər obyektlərlə doldurulur. Bu isə nə piyadaların, nə də sürücülərin rahatlığını təmin edir. Belə şəraitdə hər iki tərəf üçün balanslı və funksional həllər hazırlanmalıdır:
"Cərimə tədbirləri yalnız hüquqi əsası olduqda və konkret təriflərə söykəndikdə ədalətli sayılır. Səki anlayışı hüquqi sənədlərdə açıq və dəqiq şəkildə müəyyənləşdirilmədən sürücülərin kütləvi şəkildə cərimələnməsi cəmiyyətdə narazılıq yaradır. Bu səbəbdən, həm qanunvericilikdə, həm də şəhər planlaşdırılmasında səki və parklanma anlayışlarının yenidən nəzərdən keçirilməsi vacibdir".


Mövzu ilə bağlı sürücülərdən də sorğu götürdük. Onlar bildirirlər ki, geniş səkilərin müəyyən hissəsi avtomobil parklanması üçün ayrılsa onlar üçün də əlverişli olar. 


Memar Cahid Həsənov saytımıza səkilərin ölçüləri ilə bağlı məlumat verərkən deyib ki, səkilər avtomobil yollarının piyada hissəsidir və memarlıqla şəhərsalmanın ayrılmaz bir parçasıdır. Onlar piyadaların təhlükəsiz və rahat hərəkəti üçün nəzərdə tutulur. 
"Lakin Bakı kimi tarixi şəhərlərdə yüz il əvvəl salınmış küçələrdə nəqliyyat nəzərdə tutulmadığı üçün, bugünkü səkilər dar – bəzən 80 sm və ya 1 metr enində olur. Bu isə piyadaların sərbəst hərəkətinə imkan vermir, hətta bəzən səkilərdə də "tıxaclar" yaranır. Yeni tikililərdə artıq bu problem nəzərə alınır: yaşayış olmayan ərazilərdə səkilər 2–2.5 metr, sıx ticarət zonalarında isə 5–10 metrə qədər salına bilər. Bundan əlavə, son illərdə əlillər üçün uyğunlaşdırılmış səkilərin tətbiqi də genişlənməkdədir".
Cahid Həsənov onu da vurğulayıb ki, səki piyadaların mülkü sayılır və orada avtomobil park etmək qadağandır. Necə ki, avtomobil yollarında müəyyən olunmamış yerlərdə park etməyə icazə verilmir, səkilər də bu baxımdan istisna deyil.


Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:927
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 May 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri