Şəkidə 3 otaqlı ev bütün əşyaları ilə birgə yandı FOTO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gecə saatlarında Şəki rayonunun Baltalı kəndində fərdi mənzildə yanğın baş verib. Yanğının elektrik naqillərində qısaqapanmadan baş verdiyi ehtimal edilir. Xoşbəxtlikdən xəsarət alan olmasa da ev sahibləri güclü stress keçirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini Camal İslam oğlu Hüseynova məxsus 3 otaqlı ümumi sahəsi 130 kvadratmetr olan mənzilin damında yanğın baş verərkən ailə üzvlərinin hadisədən xəbəri olmayıb.
Yaxınlıqdakı qonşular mənzilin damının alovlanmasından xəbər tutan kimi ev sahiblərini xəbərdar edib. Hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.
Yanğının miqyası böyüdüyündən 3 otaqlı ev eləcə də ona bitişik yardımçı tikili bütün əşyaları ilə birgə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Hadisə şahidlərinin sözlərinə görə yanğın mənzilin damından keçən elektrik naqilində qısaqapanma nəticəsində baş verib.
Faktla bağlı araşdırmalar başlanılıb.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Baxış sayı:38
Bu xəbər 04 Noyabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















