“Şəkidə danışıqlar yekunlaşmaq üzrədi” FİF bölgə klublarıyla layihəyə başlayır
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
FİF-in icraçı direktoru Tural Piriyev qurumun qarşıdakı müddət ərzində reallaşdırmaq istədiyi layihələrlə bağlı planlardan danışıb.
O, “Football-plus.az”a açıqlamasında bölgə təmsilçiləriylə bağlı yeni işlər görmək niyyətində olduqlarını bildirib:
“Bölgələrdəki vəziyyətlə yaxından maraqlanırıq. Region təmsilçiləriylə bağlı sponsor danışıqlarımız var. Əsasən, “biznes-klub” layihəsi ilə bağlı Şəkidə danışıqlar yekunlaşmaq üzrədi. Qısa zamanda məlumat paylaşacağıq. Əlavə olaraq, iki bölgədə bu layihəylə bağlı danışıqlar var. Bu həftə Şəmkirdə İcra Hakimiyyətinin dəstəyi ilə bölgədən olan sahibkarlarla geniş tərkibdə görüşümüz baş tutacaq. Bundan başqa, yaxın günlərdə üç bölgə klubuyla birgə daha geniş ictimaiyyəti əhatə edən layihəmiz start götürəcək”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 14 Fevral 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















