Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Səksənincilər məişətə məğlub oldular... Bu yazıçılar niyə itkin nəsil sayılır?

Səksənincilər məişətə məğlub oldular... Bu yazıçılar niyə itkin nəsil sayılır?

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Yazıçı Səfər Alışarlının şair Əlisəmid Kürün vəfatına münasibəti ədəbiyyat adamları arasında maraqla qarşılanıb.
O bildirib: "Gözümüzün qabağında böyük bir nəsil haqqını almadan qırılıb gedir".
Bu fikir 80-ci illər ədəbi nəslinin "itkin nəsil" olmasını gündəmə gətirib.
Kulis.az Mirmehdi Ağaoğlunun mövzuya münasibətini təqdim edir.

“80-ci illər ədəbi nəslini Azərbaycan ədəbiyyatının itkin nəsli hesab eləmək olarmı?” sualına ən çox tarixi kontekstdən yanaşmaq lazımdır: səksənincilər təzə-təzə tanınmağa başladıqları, özlərini təsdiq etdikləri vaxt birdən-birə dünyanın böyük bir coğrafiyasında formasiya dəyişdi. SSR-i dağıldı, Azərbaycan müstəqil oldu. Azərbaycan müstəqil olmazdan öncə ölkədə onsuz da çalxalanma yaşanırdı, Milli Azadlıq hərəkatı baş vermişdi, ardınca Qarabağ müharibəsi alovlanmışdı, həm Qarabağdan, həm də Ermənistandan gələn qaçqınlar, məcburi köçkünlər ordusu, əsasən, Bakıda məskunlaşmışdı, müəssisələr fəaliyyətini dayandırmışdı, ticarət iflic olmuşdu. Necə deyərlər, hər şeyi təzədən qurmaq lazım idi.
Dövlət müstəqilliyinin ilk illərində çox çətin siyasi, iqtisadi sınaqlarla üzləşmişdi, heç bir sahədə sabitlik yox idi, pul dəyərdən düşürdü və sair və ilaxır. Üstəlik müharibədə məğlub olmuşduq, dövlətin başı özünü yenidən formalaşdırmağa qarışmışdı. Belə bir şəraitdə yeni-yeni ayaq üstə durmağa çalışan dövlətin ədəbiyyata marağı təbii ki, olmayacaqdı, eyni zamanda çörək sıralarında günü keçən, bağlanan zavodlardan, fabriklərdən perik düşmüş mühəndislərin, mexaniklərin, nə bilim daha hansı mütəxəssislərin başı xlor satıb, evinə çörək aparmağa qarışmışdı, ədəbiyyat hayında deyildilər. Yəni ədəbiyyat həm Azərbaycan xalqının, həm də Azərbaycan dövlətinin gündəliyindən çıxmışdı.
Eyni zamanda 80-ci illər ədəbi nəslinin bir çox nümayəndəsi də qələmi atıb, digər soydaşlarımız kimi çörək dalınca Rusiya Federasiyasına üz tutmuşdular. Bir sözlə, bu dövrdə ədəbiyyat heç kimin marağında deyildi.
Digər vacib nüans o idi ki, formasiya dəyişməklə ədəbiyyat-dövlət münasibətləri də dəyişmişdi. O dövrdə istedadlı bir şair, yazıçı kimi ölkədə tanınmağın yeganə üsulu “Ulduz” və “Azərbaycan” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmaq idi. Neçə-neçə şair-yazıçı o qəzet-jurnalların hesabına məşhur olmuşdu. Adamlar bu mətbu orqanlarının nəşrlərini almayınca dediyimiz münasibətlərə xələl gəldi. Digər tərəfdən dövlət də daha Sovet dövründəki kimi yazıçı-şairlərin kitablarını qrandioz tirajlara çap edib onlara bir evin, bir maşının qonorarını ödəmədi.
Azərbaycan da Rusiya kimi böyük dövlət deyildi ki, müstəqil nəşriyyatlar çıxsın, yazarların kitablarını əmtəəyə çevirsin, bazar iqtisadiyyatına uyğun kitab sənayesi qursun. Təbii ki, özündən əvvəlki nəsillərin xoşbəxt yazıçı-şair nümunələrini görənlər səksəninci illərdə birdən-birə boşluğa düşməyin xəyal qırıqlığını yaşayırdılar. Misal üçün, yazıçı görüb onun kitabını “Azərnəşr” alar, “Gənclik” alar, “Yazıçı” alar, 50 min, 100 min tirajla çap edər, ona da yaxşı qonorar ödəyər. Həmən yazıçı o cür çətin şəraitdə necə öz cibindən pul ödəyib kitab çap etsin? Lap çap elədi, kimə satsın? Əlqərəz, onlar oxucu-yazıçı münasibətlərinin köhnə forması ilə yaşayırdılar. Onlar köhnə ədəbiyyat-dövlət münasibətlərinə öyrəşmişdilər və fikirləşirdilər ki, elə bu cür də olmalıdır. O nəsil üçün kapitalizmə keçid mümkün deyildi. Ancaq reallıq başqa idi.
Amerika tarixində ötən əsrin əvvəllərində “Böyük depressiya” deyilən bir dövr var. O dövrdə yetişmiş Heminquey, Fitscerald kimi yazarları “itirilmiş nəsil”, yaxud “caz dövrünün nəsli” hesab edirlər. Bizdə də eyni "itmiş nəsil" yarandı, amma dediyim müəllif-oxucu münasibətləri mövcud olmadığı üçün bizimkilər fərqlənə bilmədilər, yazdılarsa da, onu üzə çıxarmaq üçün mexanizmləri olmadı. Bu proses 2010-cu ilə kimi davam elədi. Sonradan ədəbiyyatda, xüsusən kitab sahəsində başlayan oyanma zamanı artıq səksənincilərin qarşısında doxsanıncılar vardı, yəni yer boş qalmamışdı.
İllər öncə Səlim Babullaoğlu və Seyfəddin Hüseynli “Kitabçı” adlı nəfis bir jurnal buraxmışdı. O jurnal həm tərtibatı, həm də yazıları ilə çox gözəl idi. Təəssüf ki, Azərbaycan oxucusu o jurnalı qiymətləndirə bilmədi, cəmi beş-altı say yaşadı.
O vaxt həmin jurnalda belə bir polemika baş tutmuşdu. Mən də gənc nəsli təmsil edirdim. Həmən polemikada 80-ci illər nəslinin təmsilçilərinin qarşısına çıxıb yekə-yekə ittihamçı tərzində soruşmuşdum ki, axı siz nə üçün yazmadınız? Yazıçının inqilabi borcu yazmaqdır, siz heç nəyə baxmayaraq, hər şeyi kənara ataraq, yazmağı ibadətə çevirərək işləməli, yeni kitablar çap etməli idiniz.
Gəlib o müəlliflərin yaşına çatmışam. Yalnız indi onları yazmaqdan ayıran səbəbləri başa düşürəm. Zamanla məişətə məğlub olursan. Məhz 80-ci illərin yazıçıları da məişətə məğlub olmuşdular.
Təəssüf ki, bütün dövrlərdə olduğu kimi, həmin çətin dövrdə də Azərbaycan oxucusu Azərbaycan yazıçısının yanında dayanmamışdı. Bəlkə, dayansaydı, bu ətalətdən xilas olmaq mümkün idi.
Bu mənada 80-cilər nəslinin ağır ictimai-siyasi proseslərin fonunda qurban da adlandırmaq olar. Onların içindən keçib getdikləri o dövrdə ədəbiyyatdan söhbət gedə bilməzdi. Yaxşı ki, hələ onlar ədəbiyyatdan küsüb getmədilər. Sular nisbətən durulmağa başlayanda Zahid Sarıtorpaq, Səfər Alışarlı, Əlabbas, Qurban Yaquboğlu və onlarla birlikdə kimlərin-kimlərin timsalında gördük ki, bu illər ərzində yazıb ürəklərini boşaldıblar. Xülasə, sözümün canı budur ki, səksəninci illər nəsli ağır proseslərdən keçmişdilər. Həmən dövrü analiz edəndə mütləq tarixi konteksti də nəzərə almaq lazımdır.

Dünyanın ən böyük kolleksiyalarına malik Metropoliten İncəsənət Muzeyi Billi Aylişə konsertdə hücum edildi "Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see220

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see208

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see179

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see177

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see157

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see151

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see147

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see146

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see143

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see142

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see141

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see134

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri