“Sən ət xoşlayırsan, mən toyuq...” Bağırovdan oriyentasiya cavabı
Icma.az, Olay.az portalına istinadən məlumat verir.
“İnsanlar hamının müxtəlif olduğunu başa düşməlidir. Əgər bir şəxs sənə bənzəmirsə, sənin kimi deyilsə, ona buna görə qiymət vermək olmaz. Biz qoyun deyilik ki, hamımız eyni olaq. Tək oriyentasiyadan söhbət getmir, hərtərəfli fərqlənirik. Oriyentasiyamı neynirsiniz? Daxili aləmimə baxın. Kim nə geyinir, özünü necə aparır, kimlə nə edir, nə fərqi var? Sən ət xoşlayırsan, mən toyuq, indi öldür məni ki, sənin kimi deyiləm. Belə şey olar? Bu, qul düşüncəsidir. Belə insanlar məni özümdən çıxarmır, mənim onlara yazığım gəlir”.
OLAY yazır ki, bu sözləri Samir Bağırov APA-ya müsahibəsi zamanı “Oriyentasiya məsələləri ilə bağlı sizin barədə də cəmiyyətdə xeyli müzakirələr olub” sözlərinə cavab olaraq deyib.
O, “illər əvvəl müsahibələrinizin birində “50 yaşıma çatanda cinsimi dəyişəcəm” demisiniz” sözlərinə isə belə cavab verib:
“Əvvəl danışdıqlarımın çoxu yadımda deyil... Bu sözlərin çoxunu mən demirdim, bəzi jurnalistlər düzüb-qoşurdular. Bunun üçün üç dəfə şansım olub, etməmişəm, gözləyib-gözləyib 50 yaşında niyə edirdim ki?.. Mən hamını necə, olduğu kimi, qəbul edirəmsə, istəyirəm, məni də bu cür qəbul etsinlər. Nəyəsə başqa şeyə görə yox, içimdəki hisslərə, sənətimə görə qiymət versinlər”.
Bağırov ailə qurmamasının səbəbini isə belə izah edib:
“Ata-ana olmağı hər adam bacarmır. Hər kəsin həyatda öz missiyası var. Bəlkə, ana olmaq kiminsə missiyası deyil? Bəlkə, ailə ona mane olacaq? Bəlkə, o, yaxşı ana ola bilməyəcək? Fikir verin, dünya şöhrətli ulduzların çoxu yaxşı ana deyil. Niyə? Çünki onlar sənətlə məşğul olmalı idilər. Başa düşdüm ki, mən ata olmağı bacarmayacam, hərdən özüm uşaq kimi aparıram...”.
Baxış sayı:39
Bu xəbər 14 Yanvar 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















