Icma.az
close
up
RU
Seneqal: “Thiaroye” qətliamı ilə bağlı tarixi həqiqətin bərpası məqsədilə “Ağ Kitab” təqdim olunub

Seneqal: “Thiaroye” qətliamı ilə bağlı tarixi həqiqətin bərpası məqsədilə “Ağ Kitab” təqdim olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris, 17 oktyabr, AZƏRTAC

Seneqalda Prezident Basiru Diomei Faye (Bassirou Diomaye Faye) ölkənin müstəqil tarixinin yazılması istiqamətində mühüm addım atıb.

AZƏRTAC xəbər verir ki, Dakar Prezident Sarayında keçirilən rəsmi mərasimdə “Thiaroye” qətliamı ilə bağlı hazırlanmış “Ağ Kitab” Prezidentə təqdim olunub. Kitab Seneqallı tarixçilərdən ibarət komitənin bir ildən artıq araşdırmaları və arxiv materiallarının toplanması əsasında hazırlanıb.

“Ağ Kitab”ı təqdim edən Mamadu Diuf bildirib ki, bu sənəd Seneqalın öz tarixini yazması üçün 18 aylıq axtarış və arxiv araşdırmalarının məhsuludur. “Bu gizlədilmiş tarixi üzə çıxarmaq bir neçə məqsədə xidmət edir: susqunluğu pozmaq, qətliamı anmaq, faktları dəqiqliklə müəyyənləşdirmək, öz hekayələrimizi yazmaq və paylaşmaq”, – deyə o qeyd edib.

Prezident Faye bu təşəbbüsün tarixi həqiqətin bərpasında həlledici mərhələ olduğunu bildirib. O, həmçinin “Thiaroye” ərazisində və ehtimal olunan digər kütləvi məzarlıqlarda arxeoloji qazıntıların davam etdirilməsi barədə qərar verdiyini açıqlayıb. “Tarixi həqiqət fərziyyələrlə elan olunmur. O, qazıntıdan-qazıntıya, daşdan-daşa aşkar edilir”, – deyə Prezident Faye vurğulayıb.

1944-cü il dekabrın 1-də baş vermiş “Thiaroye” qətliamında Fransa ordusu tərəfindən öz döyüş maaşlarını tələb edən afrikalı əsgərlər güllələnmişdi. Hadisədən 80 ildən çox vaxt keçsə də, öldürülənlərin dəqiq sayı və basdırıldıqları yer hələ də mübahisəlidir.

Fransa rəsmən 35 nəfərin öldüyünü etiraf etsə də, bəzi tarixçilər 400-dək afrikalı əsgərin qətlə yetirildiyini iddia edirlər. 2025-ci ilin may ayında “Thiaroye” qəbiristanlığında qazıntılara başlanılıb, lakin indiyədək nəticələr açıqlanmayıb.

Mərasimdə çıxışı zamanı Prezident Faye Fransanın tarixi arxivləri təqdim etməkdə qeyri-kafi davranışını da tənqid edib. “Fransada arxivlərin təqdim olunması gözləntilərimizə uyğun olmayıb”, – deyə dövlət başçısı bildirib.

Bu addım, Seneqalın post-kolonial tarixi ilə açıq və obyektiv şəkildə üzləşmək istəyi fonunda atılır. Prezident Fayenin bu təşəbbüsü həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə əhəmiyyətli rezonans doğura bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri