Icma.az
close
up
RU
Sənətkar, “sənətkal” və süni intellekt Pərvanə Bayramqızı yazır

Sənətkar, “sənətkal” və süni intellekt Pərvanə Bayramqızı yazır

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Sağ olsunlar süni intellektin vasitəsilə essedən-zaddan yazıb bizi "maarifləndirir", özlərini də savadlı, məlumatlı şəxs kimi təqdim edirlər.

Hərdən adam ümid edir ki, bəlkə, süni intellekt qayınana-gəlin mövzusunu çürüdüb zamanın zibil yeşiyinə ata…

Təbii intelligentlərimiz özlərini yaxşı aparmırlar, süniləşmiş intellektlə gül kimi ömür sürürük, gözümüzün qabağındaca təbiiləşir.

Bəziləri ilə söhbət edəndə “ey mənə bax, buraya süni intellektdən məsləhət alıb gəlməmişəm haa” deməyimiz gəlir.
Çox vaxt kitab oxumayanlara yuxarıdan-aşağı baxan kitaboxuyanların özləri də mədəni müzakirə apara bilmir, bir-birinə nələrisə qaxınc edir, atmaca atırlar. “Kim kimi daha çox pərt edəcək”, “kimin daha çox qüsuru üzə çıxacaq” yarışına dönən fikir mübadiləsi ilə heç nə qazanmaq mümkün deyil. Təhsilsizliyi pisləyənlərin debatı dava şəklində olanda təhsil almayanların saçyoldusundan heç nə ilə fərqlənmir.

Nitqində, mətnində bir cümlədən bir sitat gətirən adamlar yorucu olurlar. Bu həm də çox oxuduğunu bildirmək üçün edilir. Həmsöhbətinə, oxucusuna yuxarıdan-aşağı baxaraq oxuduğu kitabları sadalayan adam hiss etmir ki, əgər o, kitabdakılardan düzgün nəticə çıxarmış olsaydı təkəbbürlə "mən bilirəm, sən yox" iddiası sezdirən rəftara yol verməzdi.

Nəticəsiz mütaliə ədəbiyyat  siyahısından başqa bir şey deyil.

Pulla resenziya yazıb, şəxsi münasibətə görə əsər tərifləyən ədəbiyyatşünaslar insanlarda Xalq  şairlərinin, Xalq yazıçılarının bütün yazdıqlarının əsl ədəbi nümunə olduğu düşüncəsi formalaşdırıblar. Adamları titullu qələm sahiblərinin özlərinin və əsərlərinin haqqında müstəqil, tənqidi fikirlər səsləndirməyin düzgün olmadığı qənaətinə gətiriblər. Bir tanınmış şairin yüz şeirini sev, oxu, təriflə, diqqət çəkməzsən, elə ki, yüzbirinci şeirin zəif olduğunu dilə gətirdin, işin bitdi. Şair özü bir yana, həmin şairin ətrafındakılar səni didməyə, tükünü yelə verməyə hazır olurlar. Gərək bütün yaradıcılığına "bəh-bəh" deyəsən. Bir yazıçının bircə qəhrəmanının qüsurunu söyləsən, az qalır səni kitab oxumaq hüququndan məhrum eləsinlər. Ədəbi zövq anlayışını bu qədər məhdudlaşdırmaq mühafizəkarlıq və düşüncəsizlikdir.

Bir müsahibədə sual vermişdilər ki, sizcə, ədəbiyyatda kimlər qalacaq, cavabım qısa, konkret olmuşdu: kimi saxlasalar o.
Yanılmıram. Hər dövrdə hər şey sistemli şəkildə həyata keçirilib. Bu gün yetişdirilən, gələcəyin ədəbiyyatında yer almaları üçün "seçmə" yazıçıların təbliğatı gedir. İnkar edən tapılsa belə, razılaşmaq mümkün deyil. "Kruq" ədəbiyyatı çoxdan özünü göstərib və onun ağır fəsadları təkcə indi yaşanılmır, bu problemi gələcək nəsillərə də ötürürlər. Nə zamansa indi tərifənən yazıçı və şairləri də tənqid edən olanda öyünəcək ki, sən kimsən mənə qiymət verirsən, mənim yaradıcılığımı ədəbiyyatşünas filankəs dəyərləndirib. İnsanlar da onu əsl yazıçı, yaxud şair kimi tanıdığı üçün müdafiə edəcək, qeyrisini oxumayacaq, əsl yazıçı kimi qəbul etməyəcəklər. İllərlə reklam olunanları qoyub istedad axtarmağa kiminin vicdanı, kiminin də vaxtı və həvəsi yoxdur. İstedadlıların adları min imzanın içində öz-özünə seçilir. Reklamsız-filansız... İstedadsızları qabağa çəkib şərait yaratmaqla sənətKAR yox, sənətKAL yetişdirmək olar. Ruhdan salıb küncə qısnanılan istedadlıları nəsildən-nəslə ilahinin ədaləti ötürür. 

Süni intellektinsə gələcəyə nə aparacağını hələki demək mümkün deyil. 

 İstedadını, savadını süni intellektin təbiiləşmədiyi illərdən əvvəl təsdiqləmişlər yazmağa rahatca davam etsinlər. Onların mətnlərindən ruh, sevgi, qayğı, yanğı, əzab, təəssübkeşlik duyulur. Quru cümlələrdən, nəfəssiz mətnlərdən heç kəs zövq ala bilməz.

Yeri gəlmişkən deyim, bəziləri süni intellektdən qabaq da özü yazmırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Avqust 2026 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri