Sepah körfəzdə dəniz qüvvələrinin təlimini keçirir AzPolitika onlayn siyasi ictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) Hərbi Dəniz Qüvvələrinin Buşehr və Xuzistan əyalətlərinin körfəz sularında təlimi başlayıb.
“Report” İSNA-ya istinadən xəbər verir ki, bu barədə Sepahın Hərbi Dəniz Qüvvələrinin komandanı admiralı Əlirza Tanqsiri bildirib.
Onun sözlərinə görə, körfəzdə “Böyük Peyğəmbər” adlı 19-cu təlim keçirilir:
“Bu təlimlərin ismarışları regiondan kənar ölkələrdir. Onlar bilməlidirlər ki, bu bölgədə mövcudluqları təhlükəsizliyin təmin olunmasına maneədir, onlar bu həssas bölgədə sabit təhlükəsiz şərait yarada bilməzlər”.
Komandan xatırladıb ki, bu təlimlərin digər məqsədi beynəlxalq su yollarının təhlükəsizliyini, o cümlədən gəmiçilik və regionun iqtisadi təhlükəsizliyinin təmin edilməsini göstərməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















