Icma.az
close
up
RU
Sərnişinlərə əziyyət verən 64 saylı marşrut Nə vaxt düzələcək?

Sərnişinlərə əziyyət verən 64 saylı marşrut Nə vaxt düzələcək?

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçilər”dən Günəşli istiqamətində işləyən 64 saylı marşruta minmək hələ vaxtında mənzil başına çatmaq anlamına gəlmir. Ona görə ki, hər həftə bu avtobuslardan biri yarı yolda xarab olub sıradan çıxır. Nəticədə sərnişinlər yolda həm əlavə vaxt itkisi ilə üzləşir, həm də iki dəfə ödəniş etməli olurlar. Əsəb-sinir itkisi isə öz yerində...

Buna səbəb nədir, nasaz avtobuslar niyə xəttə  buraxılır?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, 2160 avtobus xəttə çıxır və onların hamısının yeniləndiyini demək mümkün deyil.

“Onlardan minə yaxın avtobus nasaz vəziyyətdədir və istismara yararsızdır. Xətdən ona görə çıxarılmırlar ki, hazırda onları əvəz edəcək yeni avtobuslar yoxdur. Növbəti ildə Azərbaycanda illik 200-250 elektrikli avtobusun yığılması və istifadəyə verilməsi nəzərdə tutulur. Bu, yerli istehsal deyil, digər ölkələrdə istehsal edilən ehtiyat hissələrinin Azərbaycanda qurşadırılmasıdır. Növbəti mərhələdə isə ehtiyat hissələrinin də Azərbaycanda  istehsal edilməsi nəzərdə tutulur. Bu proses ən azı 5 il vaxt aparacaq. Bu müddətdə həm köhnə avtobusların sıradan çıxarılması nəzərdə tutulur, həm də yeni avtobuslar alınmalıdır. Bakı şəhərində təxminən 2800 avtobusa ehtiyac var.

Elməddin Muradlı

1700 yeni avtobus almaq lazımdır. Dövlət proqramında elektrikli, ikinci versiya kimi isə sıxılmış qazla işləyən avtobuslara üstünlük verilir. Onların da qiyməti 300-500 min arasındadır, böyük vəsait lazımdır, çox qısa müddətdə həll etmək mümkün deyil. İlk fürsətdə 64 nömrəli avtobus kimi nəqliyyat vasitələri dəyişilməlidir”.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən açıqlama veriləcəyi bildirildi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Fevral 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri