Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutnda çalışmış alimlər elmi məktəblər yaradıblar

Şərqşünaslıq İnstitutnda çalışmış alimlər elmi məktəblər yaradıblar

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 aprel, AZƏRTAC

Aprelin 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Elm millətin varlığının təminatçısıdır” adlı ümumi yığıncaq keçirilib. Tədbir Azərbaycanda Elm Gününə həsr edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilmiş Elm Gününün tarixi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yarandığı günə təsadüf edir. Akademik qeyd edib ki, ölkəmizdə elmin sürətli inkişafı Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. G.Baxşəliyeva Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında çıxışını xatırladaraq, dövlətimizin başçısının Ana dilimizin saflığının qorunması, elmin inkişafı və müasir tələblərə uyğunlaşması ilə bağlı səsləndirdiyi fikirlərin elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyduğunu deyib.

AMEA-nın nailiyyətlərindən bəhs edən akademik G.Baxşəliyeva elmimizə böyük töhfələr verən Şərqşünaslıq İnstitutunda akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəblərinin yarandığını, bu gün institutda çalışanların əksəriyyətinin bu böyük alimlərin bilavasitə şagirdləri və davamçıları olduğunu bildirib.

Elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Nizami Gəncəvinin “Bağlı bir qapıya açar axtarsan, Ancaq alimlərdə axtar taparsan” beytini xatırladaraq, bununla dahi şairin elm və alimin dəyərini ən yüksək şəkildə ifadə etdiyini bildirib. Azərbaycan elminin orta əsrlərdən etibarən uzun inkişaf yolu keçdiyini söyləyən R.Cümşüdlü müasir dövrdə Azərbaycan elminin və intelektual potensialının dövlətin siyasi müstəqilliyinin və milli kimliyinin dayağı olduğunu deyib.

Daha sonra tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nazim Mənsimov, şöbə müdirlərindən filologiya elmləri doktoru, dosent Lalə Bayramova, filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlı, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev çıxış ediblər.

Çıxışlarda elmdə gənclərin rolundan, onların qarşısında duran öhdəliklərdən söz açılıb. Həmçinin Şərq xalqlarının tarixi, dili, ədəbiyyatı və mədəni irsinin öyrənilməsi istiqamətində aparılan fundamental tədqiqatlar haqqında məlumat verilib. Bununla yanaşı, əsas vəzifələrin elmi potensialı daha da gücləndirmək, innovasiyalara açıq olmaq, həmmüəllifli layihələrdə iştirak etmək və elmi nəticələri real həyata tətbiq etmək olduğu diqqətə çatdırılıb. Elmi potensialın qorunub saxlanılmasının və gənc elmi kadrların hazırlanmasının dövlətimizin diqqət mərkəzində olduğu, bu məqsədlə ölkəmizdə doktorantura təhsilinin keyfiyyətinin artırılması, gənc kadrların xaricdə təhsil alması istiqamətində böyük işlər aparıldığı vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Aprel 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri