Icma.az
close
up
RU
Şərurun kəndində xadimə qonşu kişi ilə münasibət qurdu, qadınlar saçyolduya çıxdılar TƏFƏRRÜAT

Şərurun kəndində xadimə qonşu kişi ilə münasibət qurdu, qadınlar saçyolduya çıxdılar TƏFƏRRÜAT

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Naxçıvanda iki qadının mübahisəsi dava ilə nəticələnib.

Bakupost.az -ın Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, hadisə Şərur rayonunun kəndlərindən birində baş verib. 1982-ci il təvəllüdlü Əfsanə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində izahat verən Əfsanə bildirib ki, Şərur rayonunun kəndində yaşayır: “İki ildir kənd mədəniyyət evində xadimə işləyirəm. Çalışdığım yerin yaxınlığındakı mağazada Sevil adlı həmkəndlimlə aramızda tez-tez mübahisə olur. O, əri İntiqamla münasibət qurduğumu deyir. Halbuki aramızda heç nə yoxdu”.

Əfsanə qeyd edib ki, bu il fevralın 18-də təxminən saat 14 radələrində iş yerinə gedəndə Sevil onu görüb: “Mənim barəmdə nalayiq ifadələr işlətməyə başladı. Kənarda adamların dayandığını görüb ona heç nə demədim.

Axşam işdən çıxıb evimə gəldim. Həyəti süpürəndə Sevilin yolla evlərinə getdiyini gördüm, onu səslədim, günorta nə üçün mənə söz atdığını soruşdum. O, yenə nalayiq ifadələr işlətdi. Qızım Aysu yanımıza gəldi. Sevil onun saçlarından tutdu, ünvanına nalayiq sözlər dedi. Mən araya girdim, Sevilin saçlarından tutdum. O da mənim saçlarımdan yapışdı. Aysu oradan uzaqlaşıb evə getdi. Sevillə biz dalaşdıq, bir-birimizi vurduq. Axırda mən yerdən şifer parçasını götürüb onun çiyninə zərbə endirdim. Davamız bitdi, mən evimə getdim”.

Zərərçəkmiş qismində ifadə verən Sevilin sözlərinə görə, Şərur rayonunun kəndində ticarət mərkəzində satıcı işləyir: “Fevralın 15-də bibim qızı Ləman vəfat etdiyindən 3 gün kənddə olmadım. Fevralın 18-də kəndə qayıtdım, ticarət mərkəzində işimə davam elədim. Saat 18-də işdən çıxdım ki, evə gedim. Yolda qonşum Məmmədlə qarşılaşdım, o, televizorumuzda kanallar itdiyindən məndən kanalların yığılıb-yığılmadığını soruşdu.

Bu barədə söhbət edə-edə evə doğru getməyə başladıq. Əfsanəgilin evinin önündən keçəndə onun qızı və oğlu ilə küçədə dayandığını gördüm. Əfsanə Məmmədə “sən get, mənim Sevillə söhbətim var” dedi. Məmməd də getdi”.

Sevilin ifadəsinə görə, Əfsanə onu niyə orda-burda haqqında danışdığı barədə sorğu-sual edib: "Dedim, sənin haqqında heç nə danışmamışam, bunu sənə kim deyir? Qızı mənim üzərimə gəldi, saçımdan tutub yolmağa başladı. Məni yerə yıxıb üzərimə çıxdılar. Əfsanə məndən iri olduğundan ona gücüm çatmadı. Amma qızının saçını yolmağa başladım. Yerdə olarkən bədən və ayaq nahiyəmə zərbələr endirməyə başladılar.

Cibimdən necə çıxdığını bilmədim, amma mobil telefonumu Əfsanənin qızı götürüb yerə çırpdı. Avtomobili ilə yaxınlıqdan keçən qonşumuz Səid mənim döyülməyimi gördüyü, maşını saxladı, məni onların əlindən aldı. Məni maşına mindirib evimə apardı. Oğlum Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək döyülməyim barədə polisə məlumat verdi”.

Şərur Rayon Məhkəməsinin qərarı ilə Əfsanə 350 manat məbləğində inzibati qaydada cərimə edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri