Sərvəti milyonları keçən pişik üçün iş təklifləri gəlir FOTOLAR
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2023-cü ilə qədər sərvətinin 93 milyon dolları keçdiyi məlum olan “Olivia Benson” dünyanın ən zəngin ev heyvanları sırasındadır. Milyonçu pişik dünyanın ən məşhur brendlərindən iş təklifləri alır…
Gununsesi.info Türkiyə KİV- ə istinadən xəbər verir ki, dünyanın ən zəngin pişiklərindən biri olan Olivia Benson, ümumiyyətlə, rahat davranışı ilə tanınır.
Onun dünya şöhrətli sahibi deyir ki, Oliviya digər pişiklərinə nisbətən daha kefinə düşkün pişikdir. Bundan əlavə, Oliviya tez-tez sahibinin konsertin arxasında çəkdiyi foto və videolarda görünür.
Olivia “Diet Coke” reklamlarında, “AT&T” kampaniyalarında və bəzi mahnıların video kliplərində rol alıb.
Olivia Benson sadəcə ev heyvanı deyil, o, sahibinin brendinin ayrılmaz hissəsinə çevrilib… Pərəstişkarları Oliviyaya olan sevgilərini onun üçün köynəklər, təmtəraqlı oyuncaqlar və suvenirlər hazırlayaraq nümayiş etdirirlər.
Olivia Benson adını dünya şöhrətli müğənni Taylor Swift tərəfindən sevilən Law & Order: SVU televiziya serialındakı Olivia Benson obrazından götürüb.
Benson indi 100 milyon dolları keçən sərvəti ilə dünyanın ən zəngin ev heyvanları arasındadır və hələ də əməkdaşlıq təklifləri gəlməkdə davam edir…
Günel Həsənova
Baxış sayı:103
Bu xəbər 19 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















