Icma.az
close
up
RU
Səsiniz dəyişilibsə... TƏHLÜKƏLİ SƏBƏBLƏR!

Səsiniz dəyişilibsə... TƏHLÜKƏLİ SƏBƏBLƏR!

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsanın səsi onun ən səciyyəvi əlamətlərindən biridir. Bu səbəbdən insanı səsindən tanımaq çox asandır.

Yeniyetməlik dövründə səs dəyişilir. Bu orqanizmdə gedən mürəkkəb hormonal dəyişikliklərlə bağlı olan təbii fizioloji prosesdir.

Yetkin insanda isə səsin dəyişilməsi bəzi ciddi xəstəliklərin və pozulmaların simptomu ola bilər.

- Səsin tutulmasının əsas səbəblərindən biri laringitdir (udlağın iltihabı). Bu zaman səs xırıltılı olur, bəzən tam tutulur, xəstə boğazında göynəmə, qaşıntı hiss edir.

- Əgər səsin "səbəbisz" tutulması 1 həftədən çox keçmirsə, insan boğazında sıxılma, yad cismin olmasını, udma zamanı ağrıları hiss edirsə, bu udlaq şişlərinin simptomu ola bilər.

- Səsin tembrinin dəyişilməsi nəfəsalma sistemi xəstəliklərinin (pnevmoniya, vərəm, hətta ağciyər xərçəngi) simptomu ola bilər.

- Qadınlarda səsin tembrinin dəyişilməsi, səsin daha kobud olması, kişi səsinə oxşaması ciddi hormonal pozulmaların simptomu ola bilər. Bu zaman qadında tüklənmə, menstrual dövrünün pozulması kimi simptomlar da inkişaf edir.

- Səsin dəyişilməsi, tutulması səs təllərində inkişaf edən düyün, polip, şiş və s. kimi törəmələrin əmələ gəlməsi ilə də bağlı ola bilər.

- Böyrəküstü vəzilərinin funksiyasının pozulması zamanı insanın səzi zəif olur, tam tutula bilər, qadınların səsi kişi səsinə bənzəməyə başlayır.

- Səsin xırıltılı, boğuq olması qalxanvari vəzinın funksiyasının azalması ilə (hipotireoz) bağlı ola bilər.

Beləliklə, özünüz və ya ətrafdakılar səsinizdə hər hansı dəyişiklik hiss etdikdə, vaxt itirmədən LOR həkiminə müraciət edin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see287

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see267

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see248

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see248

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see239

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see238

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see224

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see219

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see207

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see202

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see201

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see196

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see191

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see191

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see185

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see182

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see180

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri