Icma.az
close
up
RU
“Şəxsən mən “Neftçi”yə münasibətdə hansısa qərəzin olduğunu düşünmürəm” Vaqif Sadıqov Ayxan Abbasova vaxt verilməsinin tərəfdarıdı!

“Şəxsən mən “Neftçi”yə münasibətdə hansısa qərəzin olduğunu düşünmürəm” Vaqif Sadıqov Ayxan Abbasova vaxt verilməsinin tərəfdarıdı!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol təsərrüfatında bir-birindən maraqlı hadisələr yaşanır. Odu ki, gündəmin nəbzini tutmaq üçün millimizdə işə başlayan Ayxan Abbasov dönəmindən tutmuş premyer-liqada davam edən gərgin mübarizəyə qədər bütün məqamları diqqət mərkəzində saxlamağa ehtiyac var.

Belədə AFFA Məşqçilər Komitəsinin sədri, veteran futbolçu Vaqif Sadıqova tribuna verdik ki, ən vacib məsələləri müzakirə edək.
– Söhbətə son günlərin ən aktual mövzusundan başlayaq. Yığmanın Fransaya qarşı oyununu necə dəyərləndirirsiz?
– Oktyabrın 10-na qədər həftələrdi ki, hər kəs bu matçı gözləyirdi. Məncə, millimiz özündən qat-qat güclü rəqibə qarşı layiqincə mübarizə apardı. Bizə nə lazım idi? Ukrayna ilə matçda göstərilən performansı, döyüş ruhunu, mübarizə əzmini qoruyub-saxlamaq. Yeni baş məşqçi Ayxan Abbasov məhz buna nail olmalıydı ki, işinin öhdəsindən gəldi. Futbolçular onlara aşılanan döyüşkənlik keyfiyyətini göstərdi. Milli həm də intizamlı oynadı, Fransa kimi komandaya qarşı sona qədər çəkinmədən mübarizə apardı. Hər birinin yolu açıq olsun. Bu oyun tərzinin keyfiyyətini bir qədər də artırmaqla istənilən rəqibə qarşı yaxşı çıxış etmək mümkündü.
– Fransadan azı 5 qol buraxacağımızı düşünən futbolsevərlər də var idi. Onlar nəticədən razı qaldıqlarını bildirdi. Ancaq 0:3 hesablı məğlubiyyəti və matçın statistik göstəricilərini ön plana çıxarmaqla yığmanı tənqid edənlər də oldu. Siz hansı tərəfdəsiz?
– Belə hallarda reallığı nəzərə almaq lazımdı. Məncə, baş məşqçi tərəfindən tam düzgün oyun planı seçilmişdi. 5 müdafiəçili taktiki sxem özünü doğrultdu. Millidə bu planı həyata keçirə biləcək futbolçular var. Oyunçuların hər birinin məqsədi eyni idi. Ən əsası, rəqibdən çəkinmədilər. İş ondadı ki, matçdan əvvəl Fransaya qarşı 30 il əvvəl keçirilən matçda qeydə alınan nəticəni xatırladanlar, yığmamızın bu dəfə də oxşar hesabla uduzacağını düşünənlər var idi. Əlbəttə, belə mənzərə komanda üzərində əlavə təzyiq yaratmışdı. Bu üzdən milli yekun nəticəyə üstünlük verdi. Öz güclərini göstərməyə çalışmaqla yanaşı, müdafiə olundular. Bütün səmimiyyətimlə deyim ki, mən bütün məqamlarda həm futbolçulardan, həm də məşqçilərin işindən razı qaldım.
– Görünür, millinin müdafiə planıyla bağlı hansısa narazılığınız yoxdu. Bəs, hücum xəttiylə bağlı fikirləriniz necədi? Nəzərə alaq ki, Almaniyanın 2-ci bundesliqa klubunda – “Kayzerslautern”də çıxış edən Mahir Emrelinin adı son beş oyunda iştirak ərizəsinə daxil edilməyib. Musa Qurbanlı qaneedici səviyyədə oyun şansı qazanmırsa, zədəsini bu yaxınlarda bərpa edən Nəriman Axundzadənin vaxta ehtiyacı var. Renat Dadaşov da zədələndi. Hər halda, hücum xəttiylə bağlı problemlər göz önündədi. Çıxış yolu nədi?
– Qolları yalnız hücumçular vurmalı deyil. Məsələn, Fransaya qarşı oyunda müdafiə xəttində qısa vaxtda çoxala bilirdik. Bu sistemi hücumlar zamanı da tətbiq etmək lazımdı. Mənə elə gəlir ki, daha böyük qüvvəylə irəli çıxmaq lazımdı. Düzdü, bizim hücumçuların səviyyəsi yaxşıdı. Lakin qol vurmaq potensialı yalnız həmin oyunçularda olmamalıdı. Qarşıdakı matçlarda daha münasib rəqiblərlə qarşılaşacağıq. Daha fərqli oyunların şahidi olacağımıza inanıram. Sadəcə, zamana ehtiyac var.
– Zaman demişkən, sizcə, Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək son 3 matçda (müsahibə Ukrayna ilə qarşılaşmadan əvvəl alınıb – red.) xal qazana bilməsə, ona şans verilməlidi?
– Baş məşqçinin uğurlu olub-olmadığını təkcə nəticəylə müəyyənləşdirmək nə dərəcədə məqsədəuyğun olar? Hamının olaylara öz baxış tərzi var. Söhbət məhz Ayxan Abbasovdan gedirsə, onun işinə qiymət vermək vacibdi. Məncə, hazıda gələcək üçün ümid vəd edən komanda formalaşdırılır. Proses mütləq davam etdirməlidi. Yığmayla yanaşı, yerli baş məşqçinin potensialının şahidi oluruq. Həm futbolçulara, həm də məşqçilər korpusuna dəstək olmaq lazımdı. Heç nə birdən-birə olmur. Gözləmək, səbirli olmaq vacibdi.
– Vaqif müəllim, əsas yığma ilə bağlı fikirlərinizlə tanış olduq. Bəs aşağı yaş qrupları üzrə yığmaların durumu niyə acıanacaqlıdı? Böyükhesablı məğlubiyyətlər sıralanır...
– Bu məsələylə bağlı çatışmazlıqları iki cümləyə sığışdırmaq mümkün deyil. Nəticələr onu göstərir ki, çoxlu problem var və hər biri çox böyükdü. Təbii ki, ölkəmizdə bacarıqlı gənc futbolçular yetişməlidi. Ancaq bu gün onların sayı azdı. Gələn ay 19 yaşadək futbolçulardan ibarət milli komandalar Avropa çempionatında çıxış edəcək. Bundan sonra yığmaların bütün matçları təhlil olunmalı və müəyyən nəticələr çıxarılmalıdı. Millilərin taleyiylə bağlı düzgün qərarlar verilməlidi. Yoxsa nə arzuladığımız komandaları görəcəyik, nə qələbələr...
– Premyer-liqa haqda düşüncələrinizi də bilmək istəyirəm. Artıq ilk 7 tur arxada qalıb. Maraqlıdı ki, “Qarabağ”ı hələ birinci pillədə görməmişik. Çempionatımızın səviyyəsinin yüksəldiyini düşünürsüzmü?
– Maraqlı keçir... Mübarizənin səviyyəsi artıb. Keyfiyyətli işlər görən klublar var. Ancaq “Qarabağ”ı xüsusi qeyd etmək istərdim. Ağdam təmsilçisi səviyyəli legionerlərlə güclənə bilib. Bu yolla həm istədikləri nəticələri qazanırlar, həm də yerli futbolçuları inkişaf etdirirlər. “Zirə”, “Sabah”, “Araz-Naxçıvan” və “Neftçi” də yaxşı işlər görür. Ancaq “Neftçi”nin mövqeyi azarkeşlərini qane etmir. O başqa məsələ ki, komandada potensialı olan futbolçular var. Məncə, zamanla “Neftçi” də qaneedici nəticələr qazanacaq. Ümumiyyətlə, bu mövsüm çempionatın daha maraqlı keçdiyini düşünürəm. Heç şübhəsiz, belədə futbolumuz tərəqqiyə nail olur.
– Hazırda lider “Turan Tovuz”du. Özü də bu komandanın qarşısına çempion olmaq hədəfi qoyulub. Sizcə, hadisələrin axarı “Qarabağ”ın cari “futbol ili”ndə çempionluğu əldən verməsiylə nəticələnə bilərmi?
– Əlbəttə, arzumuz bir neçə klubun çempionluq uğrunda mübarizə aparmasıdı. Həmçinin Qarabağ” bu gün ölkəmizi Çempionlar Liqasında təmsil edir. Bir müddət sonra Azərbaycan kubokunda da yen mövsümə start verəcək. Belədə premyer-liqa oyunlarında rotasiyalar olacaq. İş ondadı ki, baş məşqçi Qurban Qurbanovun və komandasının belə durumlarla bağlı yetərincə böyük təcrübəsi var. Düzdü, rəqiblər müəyyən qədər “Qarabağ”a “dişini göstərə” bilər. Ancaq ağdamlılar çox güclü heyətə malikdi. Görsənən odu ki, bu komanda bütün rəqiblərindən bir neçə addım öndədi. Bəli, “Qarabağ” lider deyil, ancaq çempionat uzun marafondu. Düşünürəm ki, bu kollektiv yenə çempion olacaq.
– Hazırda “Neftçi”yə qarşı qərəzli hakim qərarlarının verildiyini iddia edənlər çoxdu. Elə komandanın baş məşqçisi də belə düşünür. Paytaxt klubu, demək olar ki, hər matçdan sonra ədalət təmsilçilərinin yanlış qərarlar verdiyini iddia edir, müəyyən formada etirazını bildirir. Sizcə, “Neftçi”yə münasibətdə qərəz hiss olunurmu?
– Düşünürəm ki, bu məsələyə müdaxilə etməyə ehtiyac yoxdu. Cavabdeh olan şəxslər var ki, hər turdan sonra hakim qərarları haqda izahlar verilir. Bəli, hardasa cüzi səhvlər ola bilər. Ancaq insan amili olan yerdə belə çatışmazlıqlar qaçılmazdı. Şəxsən mən hansısa qərəzin olduğunu düşünmürəm. Bundan söhbət gedə bilməz. Onu da deyim ki, komandalar öz oyunlarını yaxşılaşdırmalıdı. Belədə onlara heç kim mane ola bilməz. Nə də hakim qərarları bu qədər müzakirə mövzusuna çevrilməz.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Oktyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri