Icma.az
close
up
RU
Seyran Səxavətə beş dəqiqə azdı, o, altı dəqiqə danışacaq! Reportaj

Seyran Səxavətə beş dəqiqə azdı, o, altı dəqiqə danışacaq! Reportaj

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimatından reprotajı təqdim edir.

Havanı dəqiq tuta bilmədiyimiz may günündə üzü Elmlər Akademiyasına tərəf gedirəm.

Ünvanım bəllidir: Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” adlı yeni kitabının təqdimatı. Ancaq yolumun üstündə, Akademiyanın parkında “IV Türk Dünyası Ədəbiyyatı Festivalı” da keçirilir. Ayaq saxlamadam keçə bilmirəm.

Bəli, gözlədiyimiz kimidir, bu sərgidə də seyrəklikdir, tək-tük adamlar gözə dəyir, sükut hökm sürür. "Yəqin hələ səhərdi, tezdi deyə oxucular gəlməyib, birazdan gələrlər" - deyib, özümə təsəlli verirəm, sonra üz tuturam Akademiyaya, Şuşa zalına.

Deyəsən, bir az gecikmişəm. Buna görə də, təəssüf ki, foyedə olan söhbətlərdən xəbərim olmadı. Təqdimatların ən maraqlı məqamlarından biri də tədbirdən əvvəl və sonra qonaqların ayaqüstü etdiyi söhbətlər olur.

Mən zala daxil olanda, artıq himnimiz səslənməyə başlamışdı.

Şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad ediləndən sonra tədbir başladı.

Tədbiri giriş sözü ilə tanınmış jurnalist Qulu Məhərrəmli açdı.

Qulu Məhərrəmli Bahəddin Həzinin Göyün Cazibə Qüvvəsi kitabı haqqında məlumat verdi və kitabın bizim ruhumuzun qidası və ağıl dünyasına açılan qapımız olduğunu qeyd etdi.

Tədbirdə xeyli yazıçılarımız, şairlərimiz də var idi. Bir-bir tanış imzaları görürdüm: Şərif Ağayar, Elçin Hüseynbəyli, Zamin Hacı, İlham Əziz, Şəhriyar Del Gerani...

Sözü yazıçılardan ilk olaraq qocaman yazıçı Seyran Səxavət aldı.

Qulu Məhərrəmli çıxışlar başlamazdan əvvəl reqlamentin beş dəqiqə olduğunu bildirsə də, elə bunu ilk olaraq Seyran Səxavətim pozacağını bildiyi üçün zarafatla "Seyran Səxavətə beş dəqiqə azdı, o, altı dəqiqə danışacaq!" - dedi.

“Seyran Səxavətin daha çox danışacağını gözləyirdim. Yaxşı qutardıq” - bunu da Qulu Məhərrəmli Seyran Səxavət çıxışını bitirəndə dedi.

Tədbirdən reportaj yazmaq belədir ki, gərək maraqlı hadisələr də olsun.

Elə bilməyin ki, burada maraqlı heç nə olmadı. Özü də, şok!

Seyran Səxavət çıxış edəndə eks-deputat Etibar Əliyev yanındakı adamla nəsə danışdı, yəni, anlıq olaraq qulağına söz dedi.

Seyran Səxavət bunu görmədimi? Gördü! Pəəəh!

Bir də gördük ki, batıq səsi ilə mikrafona qışqırır:

“Yeraz, ay yeraz!”

Arxa sıra nə baş verdiyini başa düşmürdü.

Bu dəm Etibar Əliyevin səsi gəldi:

“Seyran müəllim, haqlısınız, danışmaq olmaz, ancaq yeraz yox, Qərbi azərbaycanlı!”

Allahdan dava düşmədi, Qulu müəllim aranı yumşaltdı. Seyran Səxavət də əsəbiləşib “Təzədən danışacam” deyibən təzədən danışmağa başladı. Sağ olsun. Bu barədə daha heç nə deməyəcəm.

Qulu Məhərrəmli orada da sağ olsun ki, hər çıxış arası vaxtı xatırladırdı.

Bu reqlamentə əməl edən şəxslər isə daha çox deputatlar idi.

Ancaq burada da bir maraqlı məqam var.

Sən demə, çıxışçıların siyahısında deputatları sona saxlayıblar.

Qulu Məhərrəmli buna da etiraz etdi. Dedi ki, özüm də vəzifəyə gələndən bilirəm, gərək deputatları qabağa salaq.

Qabağa ilk olaraq deputat Qüdrət Həsənquliyev düşdü.

Qüdrət Həsənquliyev həm kitabdan, həm də Bahəddin Həzidən danışıb oturdu.

Daha sonra Vüqar İskəndərov da çıxış etdi.

Vallah, doğrudan da, vaxt qaydasına əməl edən adamlar elə deputatlar imiş.

Onu da, çox yəqin, Milli Məclisin plenar iclaslarında öyrəniblər.

Beləliklə, ayrı-ayrı şəxslərin çıxışlarından sonra təqdimat sona yaxınlaşdı.

Son sözü də çıxışı ilə deyən Bahəddin Həzi gələn hamıya təşəkkür edib, sevgilərini çatdırdı. Yavaş-yavaş imza mərasiminə keçdik.

Oxucular kitabı imzaladıb çölə çıxırdı.

Elə özüm də.

Yolum yenə də Elmlər Akademiyasının parkında təşkil olunan kitab sərgisindən düşdü.

Tədbirə gələndə oxucuların azlığını səhər olmasına bağladım.

Çıxanda günorta idi. Yenə də az idi.

Ümid edirəm, axşam düzələr...

Kəmalə Mirzəyevanın kitabı çap olunub Son görünmə: 2 aprel, 16:55 - Cavid Zeynallı Cennifer Lopez Türkiyədə konsert verəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri