Icma.az
close
up
RU
Şeyxülislam: Azərbaycan dini tolerantlıq və multikultural həyat tərzi baxımından dünya dövlətləri üçün örnəkdir MÜSAHİBƏ

Şeyxülislam: Azərbaycan dini tolerantlıq və multikultural həyat tərzi baxımından dünya dövlətləri üçün örnəkdir MÜSAHİBƏ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vatikan, 1 noyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində AZƏRTAC-ın xüsusi müxbirinin suallarını cavablandırıb. Bütün Qafqazın şeyxi müsahibəsində Azərbaycan-İtaliya, Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərindən, Heydər Əliyev Fondunun Vatikanda və Romada həyata keçirdiyi layihələrin əhəmiyyətindən, səfər çərçivəsində keçirdiyi görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlər barədə danışıb. AZƏRTAC müsahibəni təqdim edir.

- Şeyx həzrətləri, hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətləri barədə nə deyə bilərsiniz?

- İtaliya, eləcə də Müqəddəs Taxt-Tac ilə münasibətlər ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan çox cavan, 30-40 ildir müstəqil olan bir dövlətdir. Onun dostlara, yaxşı insanlara, güclü dövlətlərarası əlaqələrinin olmasına ehtiyacı var. Bu dostlar sırasında ən yaxşılardan biri də məhz İtaliyadır. İtaliya hər zaman ölkəmizin yanında olub, dəstəkləyib. Biz bu illər ərzində İtaliyanın Azərbaycanın həqiqətlərini başa düşdüyünün və onu dünya ictimaiyyətinə çatdırmaq üçün çox işlər gördüyünün şahidi olmuşuq.

Xüsusən Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə dostluq münasibətləri, eləcə də dövlət qurumlarımız arasındakı əlaqələr çox yüksək dərəcədə inkişaf edib. Prezidentimizin siyasəti yaxın dövlətlər ilə dostluq, qardaşlıq münasibətləri qurmaq, onlarla gələcəkdə bütün sahələrdə əməkdaşlığı genişləndirmək və birgə layihələr reallaşdırmaqdır.

Mənim İtaliya Prezidenti Bakıya ilk dəfə səfər edən zaman onun istəyi ilə görüşüm olub. Bu, mənəvi cəhətdən də münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Biz bu əlaqələrin daim inkişaf etməsinə çalışmalıyıq.

Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələr isə çox yüksək səviyyədə davam edir. Avropada Azərbaycan neftinin əsas alıcısı məhz İtaliyadır. Ölkəmizin təbii qazı boru kəməri ilə İtaliyaya nəql olunur, eyni zamanda, həmin boru xətti ilə digər Köhnə qitənin digər dövlətlərinə də çatdırılır. Vaxtilə bu layihəyə (red. TAP boru kəməri) qarşı çıxan bəzi qüvvələr olsa da, İtaliya bu layihənin üzərində qətiyyətlə dayandı, qəbul etdi və bu gün biz bunun faydasını görürük.

Bizim mədəni sahədə də İtaliya ilə yaxınlığımız var. Adətlərimiz, danışıq tərzimiz, hətta mətbəximiz belə müəyyən mənada bir-birinə bənzəyir. Bunun tarixi kökləri də ola bilər.

- Son illərdə ölkəmiz ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin inkişafını necə qiymətləndirirsiniz?

- Ölkəmizin Müqəddəs Tax-Tac ilə münasibətləri hələ Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründən başlayıb. Ümummilli Lider 1997-ci ildə İtaliyaya səfəri çərçivəsində Vatikanda da mühüm görüşlər keçirib. Roma Papası II İohann Pavel isə Ulu Öndər Heydər Əliyevin dəvəti ilə 2002-ci ildə Azərbaycana səfər edib. Azərbaycandakı ilk Katolik Kilsənin tikintisi II İohann Pavelin həmin səfəri zamanı razılaşdırılıb, kilsənin tikintisi üçün torpaq sahəsini Ümummilli Lider Heydər Əliyev hədiyyə edib.

Papa Fransisk isə Prezident İlham Əliyevin dəvəti ilə 2016-cı ildə ölkəmizdə səfərdə olub. Fransiskin Bakıya səfəri çərçivəsində tarixdə ilk dəfə Katolik Kilsəsinin rəhbəri müsəlman məscidinə daxil olub və Heydər Məscidində müsəlman, yəhudi və xristian icmalarının nümayəndələri ilə görüşüb. O, həmin görüşdəki çıxışında bir çox ölkələri gəzdiyini, Azərbaycanın multikulturalizmin bu qədər yüksək səviyyədə inkişaf etdiyi yeganə dövlət olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca səfərləri və keçirdiyi görüşlər bir daha dövlətlərarası bağlılığı, ikitərəfli münasibətlərin səviyyəsini göstərir. Birinci vitse-prezident Mehriban Əliyevanın ötən ay Vatikana rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirakı Azərbaycanın multikultural dövlət kimi bütün dinlərə böyük hörmətlə yanaşdığının bariz nümunəsidir.

Eyni zamanda, Vatikanın dövlət katibi kardinal Pietro Parolinin, Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallaherin və digər yüksək səviyyəli nümayəndələrin ölkəmizə səfərləri, Azərbaycanın Vatikanda səfirliyinin fəaliyyət göstərməsi, mənim mühüm tədbirlərə dəvət olunmağım və iştirakım da ikitərəfli münasibətlərin davamlı inkişafının göstəricisidir.

Gələcəkdə Vatikanda dinlərarası dialoq konfranslarının təşkil edilməsi nəzərdə tutulur. Həmçinin gələn il Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin, Müsəlman Ağsaqqalları Şurasının və BMT-nin Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə dini liderlərin islamdaxili dialoq və islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş konfransına ev sahibliyi edəcək. Konfransda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Vatikandan olan din xadimlərinin iştirakı və çıxışları nəzərdə tutulur.

- Heydər Əliyev Fondunun Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bununla bağlı fikirləriniz bölüşərdiniz?

- Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri ölkəmizin sərhədləri ilə məhdudlaşmır. Artıq illərdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda və Romada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri çox yüksək qiymətləndirilir. Həmin layihələr Azərbaycan-Vatikan əlaqələrinin inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq dinlər və mədəniyyətlər arasında platformaya mühüm töhfələr verir, Azərbaycanın bu sahədəki fəaliyyəti üçün böyük önəm daşıyır.

Həyata keçirilən layihələr, ölkəmizin bu istiqamətdəki səyləri Heydər Əliyev Fondunun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Bununla yanaşı, həmin layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir. Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir.

- Vatikana və Romaya səfəriniz çərçivəsində Papa Leo və Müqəddəs Taxt-Tacın digər yüksək rütbəli nümayəndələri ilə görüşləriniz oldu, mühüm tədbirlərdə iştirak etdiniz. Bu görüşlərdə hansı məsələlər müzakirə edildi?

- Səfər çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşdüm. Mən II İohann Paveldən sonrakı bütün Roma Papaları ilə görüşlər keçirmişəm, Papa Leo ilə isə ilk dəfə görüşümüz oldu. Görüşdən razı qaldım, Roma Papasına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırdım. Ona Azərbaycandakı multikulturalizm, dinlər arasındakı, xüsusən də Katolik Kilsəsinə olan münasibət, ölkəmizin, eləcə də dövlətimizin başçısının Müqəddəs Taxt-Taca olan münasibəti barədə danışdım. Eyni zamanda, Heydər Əliyev Fondunun Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğuladım, ölkəmizdə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verdim. Papa XIV Leonu Azərbaycanda görmək böyük şərəf olduğunu bildirdim. Roma Papası da öz növbəsində ölkəmizə səfər etməyə rəğbətlə baxdığını dedi.

Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə də görüş keçirdim, Azərbaycan ilə Vatikan arasında yüksək müstəvidə inkişaf edən əlaqələri vurğuladım, bu münasibətlərin örnək mahiyyətini qeyd etdim. Eyni zamanda, Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad və Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti kardinal Klaudio Qucerotti ilə görüşümüz oldu.

Bundan başqa, İtaliyanın paytaxtı Romanın rəmzi sayılan Kolizeyin yaxınlığındakı “Zəfər tağı”nın qarşısında keçirilən və dünyanın müxtəlif ölkələrindən dini liderlərin qatıldığı beynəlxalq tədbirdə fəxri qonaq qismində iştirak etdim. Vatikanda Roma Papası Leonun iştirakı ilə keçirilən “Nostra Aetate” sənədinin 60-cı ildönümü ilə əlaqədar keçirilən mərasimə qatıldım.

Həmçinin səfər çərçivəsində ölkəmizin Müqəddəs Taxt-Tacdakı və İtaliyadakı səfirliklərinə baş çəkərək xeyir-dua verdim, bu ölkədə səfərdə olan Misirin Əl-Əzhər dini qurumunun böyük imamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib ilə görüşdüm.

Ümumilikdə bütün görüşlərim və iştirak etdiyim tədbirlər məhsuldar oldu. Azərbaycanın tolerantlıq və multikulturalizm siyasətindən danışdım, ölkəmizin dini və mədəni müxtəlifliyi qorumaqla müxtəlif etnik və dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayışını təmin etdiyini bildirdim. Fəxrlə deyə bilərəm ki, Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi önəm ölkəmizin hüdudlarından kənarda məmnuniyyətlə qarşılanır.

Azərbaycan bu gün qlobal miqyasda mərkəzi mövqedə dayanır, siyasi, iqtisadi, dini tolerantlıq, multikultural həyat tərzi baxımından dünya dövlətləri üçün örnək təşkil edir. Bu da təbii ki, dövlətin dinə olan münasibətinin göstəricisidir. Məhz Prezident İlham Əliyevin yaratdığı bu şəraitə görə hazırda Azərbaycan bütün dünyada nümunə kimi göstərilir.

Eyni zamanda, Heydər Əliyev Fondunun Vatikanda mədəni irsin qorunmasına xidmət edən layihələr reallaşdırması təqdir olunur, bunun mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına mühüm töhfə verdiyi bildirilir. Azərbaycan məzhəblərarası birlik, dinlərarası ahəng və harmoniya baxımından da bütövlükdə İslam aləmi üçün çox gözəl örnəkdir.

Qeyd edək ki, şeyxülislam Allahşükür Paşazadə səfər zamanı, həmçinin İtaliyanın “Agenzia Nova” portalına və “Kalima” dinlərarası dialoq jurnalına da müsahibələr verib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see223

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see202

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see195

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see189

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see146

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see131

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri