Icma.az
close
up
RU
“Səyyar Gənclər Xidməti” layihəsi Qusar gənclərinə xidmət göstərib

“Səyyar Gənclər Xidməti” layihəsi Qusar gənclərinə xidmət göstərib

Icma.az, Azertag saytına istinadən bildirir.

Qusar, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Qusarda “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti mərhələsi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” ictimai birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə oktyabrın 27–31-də həyata keçirilib.

“Suveren dövlət, vətənpərvər gənclik” devizi altında reallaşan tədbir Qusar gənclərinin liderlik, şəxsi inkişaf və peşəyönümlü bacarıqlarının artırılmasına xidmət göstərib.

Layihənin açılışı Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışlarda Qusar Rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kamran Sədullayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev layihənin gənclərin intellektual və sosial potensialının üzə çıxarılmasındakı əhəmiyyətindən bəhs ediblər.

Xidmət çərçivəsində gənclər peşə seçimi, karyera planlaması, süni intellekt texnologiyaları, narkomaniya ilə mübarizə, sağlam həyat tərzinin təşviqi və motivasiya kimi mövzularında təşkil olunan maarifləndirici sessiyalarda biliklərini dərinləşdiriblər. Layihənin praktiki hissəsində Qusar gəncləri onlar üçün yaradılmış zonalarda interaktiv sessiyalar, vörkşoplar və intellektual yarışlarda iştirak edərək həm bacarıqlarını nümayiş etdirib, həm də sosiallaşıblar. Layihənin sonunda fəal iştirakçılar müxtəlif hədiyyələrlə təltif olunub.

Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində reallaşan bu təşəbbüs gənclərin dövlət suverenliyi və müstəqillik anlayışlarını daha dərindən dərk etməsinə, tarixi Zəfərimizin mahiyyətini gənc nəslə aşılanmasına və regionlarda innovativ təşəbbüslərin geniş yayılmasına töhfə verir.

Cari il avqustun 5-dən etibarən icra olunan Səyyar Gənclər Xidməti bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Balakən və Şəki rayonlarında uğurla həyat keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri